Menu

Ermənilərin Bərdəyə atdığı raketlərdən biri evə düşüb - FOTOLAR

05.10.2020, 12:38
Ermənilərin Bərdəyə atdığı raketlərdən biri evə düşüb - FOTOLAR

Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə şəhərini reket atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşüb. Nəticədə evdən yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol