Menu

“QARDAŞLAR, SİZƏ ÜMİD EDİRƏM...” - Paşinyan tərxis olunmuşlardan “könüllü” düzəldir

05.10.2020, 21:21
“QARDAŞLAR, SİZƏ ÜMİD EDİRƏM...” - Paşinyan tərxis olunmuşlardan “könüllü” düzəldir

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün «Feysbuk» səhifəsinin birbaşa efirindən oktyabrın 5-də son bir ildə ordudan tərxis olunmuş vətəndaşlara müraciət edib.

«Qardaşlar, sizə ümid edirəm. Bu, sadəcə müharibə deyil… bu, bizim həyatımız üçün həlledici döyüşdür. Biz, ermənilərin genosidinin təkrarlanmasının qarşısını almalıyıq» - Nikolçik bəyan edib.

Ermənistan qanunlarına görə, son bir ildə hərbi xidməti başa vurmuşlar ümumi səfərbərliyə cəlb oluna bilməzlər. Bununla bağlı, Paşinyan onlardan könüllülər qismində hərbi komissarlığa gəlməyi xahiş edib.

Hökumət başçısı qeyd edib ki, məhz bu əsgərlər ən yaxşı hərbi hazırlığa malikdirlər və onlar indi cəbhəyə lazımdırlar.

«Son bir ildə ordudan tərxis olunmuşlardan xahiş edirəm ki, orduya qayıtsınlar. Biz, bütün bunları elə təşkil edəcəyik ki, insanların böyük toplanışlarına yol verilməsin» - deyə, Paşinyan nala-mıxa vurub.

AzPolitika.info

Şərhlər

B.Qarabağlı 2020-10-05 22:26:53

Koçaryan, Sərqsyan geniş AntiAzərbaycan hərbi genosidinə görə Ermənistan liderliyinə namizəd oldular. N.V.Paşin isə demokrat kimi Baş Nazir seçildi. Əslində, o, qatı militarist kimi DQMV(Artsax)da daha çox çalışdı! İndi, fəxri istirahətini özü kimi işğalçı-demokrat E.Makronun yanında daha səmərəli keçirə bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol