Menu

Səudiyyə Ərəbistanı Tükiyəyə ticarət savaşı açır?

06.10.2020, 00:47
Səudiyyə Ərəbistanı Tükiyəyə ticarət savaşı açır?

Səudiyyə Ərəbistanı Ticarət Palatasının başçısı Acalan əl-Acalan oktyabrın 3-də “Türkiyənin nəyi varsa” boykot etməyə çağırıb. Bildirib ki, bu ölkədən idxal olunan mallar da daxil olmaqla, investisiyaları və turizm əlaqələrini boykot etmək «hər bir səudiyyəlinin borcudur».

Bu çağırış ötən həftə Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğanın bəyanatından sonra səsləndirilib. Hansı ki, Ərdoğan Fars körfəzinin bəzi ölkələrinin Türkiyəyə «kökləndiyini» və Yaxın Şərq bölgəsində gərginlik yaratmaq siyasəti yürütdüklərini deyib. (Əl-Ərəbiyyə telekanalı).

«Yaddan çıxartmaq lazım deyil ki, göstərilən ölkələr hələ dünən mövcud deyildilər. Ola bilsin sabah da mövcud olmayacaqlar. Ancaq biz, bu bölgədə bayrağımızı Allahın izni ilə həmişəlik dalğalandırmaqda davam edəcəyik» - deyə, Ərdoğan oktyabrın 1-də parlamentdəki çıxışında bildirib.

Səudiyyə Ərəbistanı Ticarət Palatası başçısının sözlərinə görə,«Türkiyənin hər şeyinin boykotu Ankaranın siyasətinin qarşılığında hər bir səudiyyəlinin borcudur».

AzPolitika.info

Şərhlər

OQTAY 2020-10-06 08:55:30

Ereb kralciklari,ingilisin qucaqinda oturub,ozu ucun qus besliyirler,amma ozleri qusdu xeberleri yoxdu!!!!

Məzahir 2020-10-06 06:17:08

Utancverici siyasətdir.Türkiyə bütün İslam və türk aləmi üçün qürurverici nümunə olmalıdır.Allah zalımla mübarizə aparan Türkiyə tərəfindədir.Bu yetər!

Məzahir 2020-10-06 06:16:21

Utancverici siyasətdir.Türkiyə bütün İslam və türk aləmi üçün qürurverici nümunə olmalıdır.Allah zalımla mübarizə aparan Türkiyə tərəfindədir.Bu yetər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol