“DAYANMASAQ, QARABAĞ ERMƏNİLƏRSİZ BİZƏ QAYIDACAQ...” - “Ruslar bilirlər ki, bu prosesdə Türkiyənin arxasında ABŞ və NATO dayanır”



Azərbaycan Ordusunun öz ərazisində işğalçı və təcavüzkar qüvvələrə qarşı əməliyyatı davam edir. Düşmən faktiki sarsıdılıb və geri çəkilməkdə davam edir. Bununla bərabər, təbii olaraq, diplomatik cinahda da fəallıq var.
“AzPolitika.info” Azərbaycan Ordusunun legitim əməliyyatları, beynəlxalq reaksiyalar, rus və türk amili, ABŞ-ın düşüncələri və mümkün ssenarilər mövzusunda politoloq Zərdüşt Əlizadə ilə söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, artıq 8 gündür ki, Azərbaycan ordusu hərbi əməliyyatlar keçirir, işğalçıları qovur. Əməliyyatların gedişini necə qiymətləndirirsiniz?
- Bir tərəfdən sevinərəm ki, vətən torpağı azad olunur, ikinci tərəfdən itkilər səbəbindən təəssüflənirəm. Üçüncü tərəfdən təəssüflənirəm ki, ermənilər özlərini təqdim etdiyi kimi ağıllı və müdrik xalq deyil. Əksinə, xəstə və dar düşüncəlidir.
Hesab edirəm ki, hansısa bir qeyri-adi maneə yaranmasa Azərbaycan öz maddi, bəşəri və maliyyə üstünlüklərindən istifadə edərək erməni ordusunun iradəsini qıracaq və onu Azərbaycan ərazilərindən çıxaracaq. Döyüşlər davam edərsə hazırda Dağlıq Qarabağda olan 40-50 minlik erməni qalığı da qaçacaq. Və bütün ərazi əhalisiz Azərbaycana qayıdacaq. Yox, əgər Ermənistanda bir balaca şüur varsa, onlar deyəcəklər ki, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında danışıqlara hazırıq. Bu halda əməliyyatlar dayanacaq, masa arxasında Azərbaycan tərəfi deyəcək ki, zəhmət çək 7 rayonu azad et, ordunu Azərbaycan ərazilərindən çıxar. Bu halda ola bilsin ki, Bakı Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində muxtariyyət verə biləcəyi gündəmə gələcək. Bu ssenaridə münaqişə bitir, BMT, ATƏT, Avropa dövlətləri muxtariyyətin zamini kimi çıxış edəcək.
Onlar zamanında Dağlıq Qarabağda bəy balası kimi yaşayırdılar. Torpaq istəyən kimi münaqişə başladı. Belə razılıq əldə edilsə, sözsüz ki, ədalət bərpa olunacaq, ola bilsin ki, əlaqələr də yaranacaq. Ancaq başqa bir ehtimal da var və mən bunu daima beynimdə düşünürəm.
- Hansı ehtimalı nəzərdə tutursunuz?
- Bu ehtimalı yaxınlarda Tofiq Zülfüqarov da səsləndirib. Yəni Nikol Paşinyan ya patoloji axmaq adamdır, ya da hiyləgər. Nəzərə alsaq ki, bu adam heç nədən Ermənistanda hərəkata başlayıb və hakimiyyəti götürdü, deməli bu adam axmaq deyil. Onun parlament seçkilərindəki strategiyasını da izlədim. Ustalıqla daha radikal Daşnaksütunu parlamentdən kənarda qoydu. Yəni daha radikal və axmaq partiya yaratdı, onu qabağa verdi və beləcə daşnakların elektoratını ələ keçirdi. Bunu hiyləgər adam edə bilər. Ola bilsin Nikolun özü və ya onun çox təhrikçi ətrafı var. Onlar vəziyyəti təhlil edib belə qənaətə gəliblər ki, Qarabağ münaqişəsi davam etdikcə Ermənistan Rusiyanın əsarəti altında qalmağa məhkumdur. Bunun da yeganə yolu odur ki, müharibə olsun, Ermənistan Qarabağı itirsin. Və bundan sonra onların Rusiyadan asılılığı bitsin, sərbəst formada Qərbə tərəf getmək imkanı əldə etsinlər. İndiyə qədər ruslar Qarabağ əsarəti ilə Ermənistanı qəfəsdə saxlayırdı. Qarabağı itirdikdən sonra onların itirəcəyi heç nəyi olmayacaq. Bundan sonra onlar Qərbə tərəf gedəcəklər, eləcədə Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmağa çalışacaqlar. Əslində bu onlar üçün böyük xoşbəxtlik olardı. Bu bir növ Misir prezidenti Ənvər Sədatın fəndi kimi də anlaşıla bilər. Sədat 1972-ci ildə müharibəni başladı, Misir ordusu uduzdu, bundan sonra camaata möhlət verdi ki, məğlubiyyətin acısını dərk etsinlər. Sonra da gedib Kemp-Devid müqaviləsini bağladı, İsraili tanıdı, Sinayı havayı aldı və Misir üzünü Amerikaya tərəf çevirdi. Ermənilər ən azından bu məqamda belə ehtimalı əsas götürsəydi, bəlkə də ağ günə çıxardılar.
- Qeyd edirsiniz ki, Azərbaycan Ordusu bu gedişlə düşmənin müqavimətini qıracaq. Belə olan halda ordu niyə dayanmalı və danışıqlara getməlidir?
- Nəzərə alın ki, biz havasız fəzada yaşamırıq. İnsan bəşəriyyətinin bir üzvüyük. Bəşəriyyətin qanunları, bizdən güclü dövlətlərin də iradəsi var. Fransa, Rusiya, ABŞ, Çin, Türkiyə və qalan yüzlərlə ölkə. Biz həm də elə addım atmalıyıq ki, şənimizə, şöhrətimizə söz gəlməsin. Məqsəd problemi həll etməkdir. Baxın, elə məmur olub ki, məqsədi pul yığmaq olub, bəlkə də 10 ölkədə malikanəsi var, amma insanlar onu rədd edir. Beynəlxalq qanunlar da cəmiyyət qanunları kimidir. Biz indi də deyirik ki, işğalçı ordunu Azərbaycan ərazisindən çıxarın, əməliyyatı dayandıraq. Bizim məqsədimiz Qarabağı qaytarmaqdırsa, qaytaraq. Biz barış əsasında Qarabağı qaytara bilsək, üstəlik, dünya da deyəcək ki, Azərbaycan necə nəcib xalq və dövlətdir. Görün, onlar güclü tərəfdir, amma torpaqlarını və sülh istəyirlər. Yəni biz 1990-cı illərin əvvəllərində olan səviyyədən yuxarı qalxmalıyıq, dünya görməlidir ki, biz mədəni xalqıq, beynəlxalq hüququn nə olduğunu anlayırıq.
- Azərbaycan 27 ildir danışıqlar aparır və danışıqlarda açıq elan edir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır. Amma qarşı tərəf bu təklifləri hər zaman rədd edib. İndi problemi həll edən tərəf biziksə, bunu əsgərlərimizin qanı hesabına yoluna qoyuruqsa, niyə qarşı tərəfə muxtariyyət statusu təklif etməliyik?...
- Sözsüz ki, muxtariyyət statusu ümumiyyətlə gündəmə gəlməyə bilər. Amma bu, həm də yüzlərlə övladlarımızın qanı hesabına başa gələr. Siyasət sövdələşmə bacarığıdır. Azərbaycan, əlbəttə, beynəlxalq rəyi nəzərə almadan sona qədər gedə bilər. Amma bunun ziyanlı tərəfi də var. Əgər sən ərazini çox cüzi güzəşt hesabına qaytara bilərsənsə, nə üçün daha çox ziyan çəkə, itkilər verə, pul xərcləməlisən?
- Sizcə, belə ssenaridə 30 ildən sonra yenidən erməni problemi ilə qarşılaşma təhlükəsi ilə üzləşmərikmi?
- Yox, məsələ indi fərqlidir. Onlar 1990-cı ilin ortalarında bizim muxtariyyət təklifimizi qəbul etsəydilər, bizimlə muxtariyyətin səviyyəsi haqda bazarlaşma apara bilərdilər. Məsələn, dünyada ən yüksək Aland adaları statusudur. Onu tələb edə bilərdilər. Madam ki, onlar zamanında bizim təklifimizi qəbul etmədilər, əvəzində vuruşmağı seçdilirsə, indi onlara maksimum SSRİ dövründəki Qarabağ Muxtar Vilayətinin statusu təklif edilə bilər. Bu da maksimum. Bəlkə də bundan aşağısı. Özü də müharibə başlamazdan əvvəl Dağlıq Qarabağda 120 minə yaxın erməni yaşayırdısa, onların səfeh inadkarlığı nəticəsində orada indi 40-50 min erməni qalıb. Yəni bizim Göyçay rayonumuz oradan böyükdür. Bu halda biz niyə Göyçaydan da azsaylı yerə Aland adaları statusu verməliyik? Onlar itirə-itirə gedirlər. Əgər biz iradəmizi davam etdirsək, beynəlxalq təzyiqə diqqət etməsək, onda biz ermənisiz Dağlıq Qarabağı ala bilərik. Amma biz adımız-şənimizlə hesablaşırıqsa, dünya ictimaiyyətində erməninin deyil, bizim sülhsevər olduğumuzu görmələrini istəyiriksə, eyni zamanda gənclərimizin itkisinə qıymırıqsa, onda gərək kiçik güzəştə razı olaq. Yəni danışıqlar bütün hallarda olacaq. İndi müharibə gedir, təcili surətdə Praqada, Tiflisdə və ya Parisdə, fərqi yoxdur hansı şəhərdə, İlham Əliyevlə Nikol Paşinyan görüşür. İlham Əliyev qovluğundan çıxarıb kağızı qoyur ortalığa. Kağızda birinci olaraq erməni ordusunun dərhal Qarabağdan çıxarılması şərti yer alır. Məsələn, maksimum 1 aya işğalçı ordu tamamilə çıxır. Və ola bilər ki, Dağlıq Qarabağda olan emənilərin təminatı üçün bura Avstriya, Norveç, Finlandiya və digər bu kimi ölkələrin hərbçiləri BMT bayrağı altında gəlir. Biz də çağırırıq oradakı hansısa ermənini və deyirik ki, sənə filan səviyyədə muxtariyyət veririk. O cümlədən ərazi silahsızlaşır. Polis qüvvələri ortaya girir, onları da xalq seçir və azərbaycanlılar da ora qayıdır. Təsəvvür edin ki, Dağlıq Qarabağdan azərbaycanlılar çıxanda onların sayı 47 mindən az deyildi. İndi onlar 70 minə çatıblar. 70 min ora qayıdır, uzağı 40 min də erməni qalır. Əksəriyyət olur azərbaycanlı. Və məsələ bitdi. Bunun da adı olur muxtariyyət. Əslində isə İsmayıllı kimi bir şey olur. Bütün bunları ona görə demirəm ki, məndə erməni xalqına qarşı ədalət var. Yox, mən sadəcə onlara açıyıram. Aldanmış bədbəxt xalqdır, düşüb dələduzların toruna. 30 il onlara yanlış amallar və məqsədlər aşılayıblar. İndi imkanları var ki, ağıllasınlar.
- Sizcə, Rusiya niyə neytrallığını saxladı və prosesə açıq müdaxilə etmədi?
- Məncə, bunun iki səbəbi ola bilər. Birincisi odur ki, Paşinyan itaətsizliyi ilə onları cin atına mindirib. Onlar da qərara alıblar ki, Paşinyanı devirsinlər. Əvvəl ümid edirdilər ki, ənənəvi “Qarabağ klan”ı onu aşıra bilər, sonra gördülər ki, yox, Paşinyanın xalq arasında dəstəyi var. Bu halda qərara aldılar ki, bu nüfuzu öldürsünlər. Bunun üçün ən yaxşısı əla bir məğlubiyyətdir. Bu məğlubiyyəti ancaq Azərbaycan təşkil edə bilər.
İkincisi, Rusiyanın Cənubi Qafqazdakı nüfuz təsirini xeyli dərəcədə Türkiyə öz qətiyyətli mövqeyi ilə neytrallaşdıra bilib. Yəni balanslaşdırıb. Bu təsir var. Bəli, Rusiya istədiyi qədər Qarabağa böyük ziyan vura bilər. Elə Ermənistana da, Azərbaycana da vura, münaqişənin gedişinə müdaxilə edə bilər. Amma bu müdaxilənin təsiri Türkiyənin fəal siyasəti ilə xeyli tarazlaşıb. Rusiya tam qüdrətli tərəf deyil. SSRİ dağıldıqdan sonra Rusiya kifayət qədər itkilər verib. Moldova, Gürcüstan, Ukrayna, Azərbaycanı itirib, hazırda Belarusu itirmək üzrədir. Rusiyanın öz daxilindən 1,5 trilyon dollar qərbə qaçırılıb. Texnoloji potensialı tükənib, 100 minlərlə alim qərbə köçüb gedib. Bir sözlə, Rusiya tənəzzül içindədir. Rusiya indi SSRİ deyil, nə də 1992-ci ilin Rusiyası. Bəli, lideri alkoqolik Yeltsin deyil, hiyləgər Putindir. Amma onun da siyasəti mahiyyət baxımından hakim zümrəyə xidmət etdiyindən tənəzzül davam edir.
- Türkiyəni əhəmiyyətli faktor kimi qiymətləndirdiniz, necə oldu ki, 30 ildən sonra “Qarabağın açarı”nın Moskvada olmadığı ortaya çıxdı?...
- Türkiyə son 20 ildə xeyli güclənib, fəal siyasət aparır. Suriyaya, Liviyaya müdaxilə edib, Şərqi Aralıq dənizində neft-qaz axtarışı ilə bağlı özünün sahiblik hüququnu ortaya qoyur. Özünün hərbi sənayesini xeyli dərəcədə gücləndirib. Faktiki olaraq türk ordusu NATO-da ikinci ordudur. Həm də Rusiya ilə sıx əlaqələr qurub. Bu həm əməkdaşlıq, həm də rəqabət əlaqəsidir. Bu zaman Ankara-Moskva arasında yüksək səviyyədə anlaşma yaranıb. Türkiyə anlayır ki, hansı həddə qədər hərəkət edə bilər, hansı həddə dayanmalıdır. Rusiya da bilir ki, Türkiyə ilə münasibətdə hansı ana qədər hərəkət edə bilər, hansı nöqtədə dayanmalıdır. Bu hər iki tərəfə inam verir ki, öz siyasətini daha cəsarətli aparsın. Bu Türkiyənin xarici siyasətinin regional xarakter almasından irəli gəlir. Əlbəttə, burada cənab Ərdoğana seçki öncəsi qələbə, nüfuz da lazımdır.
Xatırlayın, bir zamanlar Fransa Heydər Əliyevlə danışıqlar apardı, onu razı salmağa çalışdı ki, bu ölkəni həmsədr kimi qəbul etsin, bitərəf mövqe sərgilənəcək və s. Çünki vasitəçilik həm də uğurlu siyasi biznesdir. Bu da iqtisadi səmərə gətirməklə yanaşı dövlətin imicini qaldırır. Baxın, Fransa öz sərhədlərindən min kilometrlərlə uzaqda hansısa münaqişənin həllində söz sahibidir. İndi Türkiyə də Azərbaycanın qəti tərəfdarı olaraq göstərir ki, artıq bölgədə nüfuz və söz sahibidir. İndi ermənilər Türkiyəni söyməkə deyil, həm də onun qılığına girməyə, danışmağa başlayacaqlar. Bu da faydalı işidir.
- Azərbaycan dövləti müharibə aparmaqla yanaşı fəal diplomatik addımlar da atır, bəyanatlar verir. Azərbaycan diplomatiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu məntiqi gedişdir. Müharibə gedişində üstünlük qazanan tərəfin sülh danışıqlarına dair fikirlər işlətməsi müsbət hadisədir. Azərbaycan deyir mən danışıqlara hazıram. Amma danışıqlara oturan kimi şərtlər qoyulur. Deyir neynəyək, müharibə gedir, qırılanlar olur. İstəmirsənsə BMT-nin 4 qətnaməsini icra et, qoşunlarını dərhal ərazimdən çıxar. Mən də Qarabağdakı ermənilərlə özüm danışacağam. Sən Ermənistan olaraq bu prosesə qarışa bilmərsən, çünki sən kənar dövlətsən, otur qıraqda. Vəssalam.
- ABŞ Azərbaycanın qəti addımlarını necə qarşılayır?
- Siz ABŞ-ı təsəvvür edin. Orada seçki kampaniyası gedir, ixtişaşlar da var, siyasi debatlarda rəqiblər bir-birinə ağzına gələni deyirlər. ABŞ prezidenti xanımı ilə birlikdə koronavirusa yoluxub, faktiki təcriddədir. Hələ bilinmir ki, yeni prezident kim olacaq. Belə şəraitdə Amerikaya çox şey maraqlı deyil. Əvəzində müttəfiqi Türkiyəyə deyir ki, vur rusları Cənubi Qafqazdan çıxar, arxanda dəstəyimiz qətidir. Yəni kart-blanşı sənə verirəm, sərəncam kağızına imzamı atmışam, sənədi necə istəyirsən, o cür tərtib et. Cənab Ərdoğan da sərəncamı istədiyi kimi doldurur. Rusiya da bilir ki, bu prosesdə ABŞ Türkiyənin yanındadır, elə NATO da. Hərçənd Avropada Makron kimi prezident nə istəsə deyə bilər, amma qərar qəbul etmə ərəfəsində ABŞ nə desə, NATO da onu qəbul edəcək. Bu KTMT deyil ki, Rusiya bildirsin ki, Ermənistana kömək edin, Qazaxıstan, Belarus və Tacikistan desin ki, elə şey yoxdur, biz Ermənistanı işğalçı sayırıq. NATO-da ABŞ-ın təklifi yekdilliklə keçir. Türkiyə də qətiyyətlə siyasətini həyata keçirir. Unutmayaq ki, güc olanda beynəlxalq hüquq işləyir. Biz beynəlxalq hüquqdan nə qədər bədgüman olsaq da, qüvvə olan yerdə işləyir. Məsələn, İraq Küveytə təcavüz etdi, BMT qətnamə qəbul etdi. Qətnamənin arxasında ABŞ və NATO dururdu. Ona görə İraq qoşunlarını Küveytdən çıxardılar. Azərbaycan torpaqlarının işğalına dair 4 qətnamə oldu, amma bu sənədlərin arxasında güc dayanmadı. Ona görə də işləmədi, 30 il havada qaldı. Amma indi Azərbaycan Ordusu və Türkiyənin qətiyyəti bir gücdür və indi bu güc həyata keçir. Beynəlxalq aləm deyə bilməz ki, gəlin beynəlxalq hüquqa, BMT qətnamələrinə tüpürək və təcavüzkarı qoruyaq. Yox, onlar deyə bilərlər ki, insanlar qırılır, humanizm baxımından yaxşı deyil, imkan daxilində dayanın. Biz də deyirik ki, qətnamələr dərhal yerinə yetirilməli, işğalçı ordu ərazimizdən çıxmalıdır. Hər şey məntiqidir.
Vaqif NƏSİBOV
“AzPolitika.info”
Ölkə
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Ermenipereset Zerduw bes sen ne isteyirsen ? Nee gore narahatsan ermenilere gore oxsa senn de qohumlarin var ?
Hərdən fikirləşirəm ki, torpaqlar ermənilərlə birlikdə bizə qayıdacaqca,onda bu müharibə bəlkə də lazım deyil. Erməniləri bizə sırımayın.
Ali müellim onlar me vaxt bize öz xaraba qalmış torpaqlarında muxtariyyet veriblet ki biz de onlara bunu edek.İkinci öuxtariyyat Sovet döneminde yuxarıda Mockvads olan Mikoyanların hesabına verılmişdi.O dövr keçib pnlara heç bir muxtariyyaf zad berillmeli deyil onlaro prezident demişken iti qovan kimi qovmaq lazımdır.En füzgün yol memce bu olar.Buna bizim dinimiz qanunlarımız be milletin esrler boyu çekdiyi zülmler de imkan berir Mence bele olsa dahs doğru olar.
Hörmətli politoloq bir daha tolerantlığı önə çəkib! Amma, Artsax adından da güzəştlər vəd edən N.V.Paşinyan BMT TŞ qətnaməsini də saymayaraq, azərbaycanlıların və öz erməni hərbçiləri məhvini davam etdirir? Bu dəfə işğal torpaqlarının gələcək sahibləri Artsaxa artıq 50 milyon avro göndərib? İstərdim ki, bu əlaqənin təhlili və şərhlərini verəsiniz?
Özünün 14.06.1988 tarixli fərmanı ilə Qarabaı işğal etmş Ermənistan, onunla dinc Qarabağ azərbaycanlılarına qarşı hərbi genosid törətmiş DQMV terrorçuları BMT TŞ qətnamələrini təxirə salmadan icra etsəydilər Azərbaycana daha 27 il işğal zərəri vurmazdılar? Belə sülh münasibətində DQMV qala bilərdi? İndiki halda heç bir işğalçı erməninin Azərbaycan ərazisində qalması heç bir hüquqa və insani haqlara uyğun gəlmir və gəlməz!
Mənim 30 ildir düşünüb dostlar arasında dediyim şərti ilkdəfə başqa bir adamın Mirzə Qafarlının dilindən eşitdim. Ən düzgün, məntili və ədalətli variant məhz " sizdə neçə nəfər azərbaycanlı varsa bizdə də o qədər erməni olmaqla bərqbər ərazi ilə muxtariyyət olacaq. Səndə necə-bizdə də elə! Onda haylar başımızdan rədd olub gedəcəklər. Bəlkə də razı oldular? Bilmək olmaz. Bir də Zərdüşt bəy çox məntiqli, ağıllı insandır. Onun "ruspərəst" olduğun sübut varsa yazın biz də bilək.
Heç kimşn fikri bizi haqq yoldan döndere bilmez .ABŞ B.Britaniya Fransa ve s.”demokratik”ölke olana kimi çoc soyqırımlar yörediblet Sade miszl :Yaponiyaya atom nomasını biz atmamışıq.30 ilde minlerle bu yolda şenid vermişik dünyanın qulaqları kar göxleri kor idi indi öz taleyimizi özümğz qardaş Türkiyye ile birlikde hell etmeliyik
Birdeki onda bele cixir ki xristiyan dovletler sovetden cixanlar AB alinir muselman turk olkeler ise rusun bu gelecek de rusun bize yeni hucumu demekdir biz de tecili turkiye bazasi olmalidir ya da AI girmek
......Zərdüşt Əlizadə , sen, Daqliq Qarabaq ermenileri uchun MUXTARIYYET statusu verilmesini teklf edirsen, sen ANLAYIRSANMI ki, bu " MUXTARIYYET " teklifinin tebliqatini aparmaqla, Azerbaycan XALQININ GELECEK NESILLERINE QARSHI , TEKRAR , qeddar, vehshi, riyakar ermeniler terefinden SOYQIRIM TORETMEK SHANSINI VERIR????????????. .........Zərdüşt Əlizadə , senin AVANTUR , anti - MILLI, anti - Azerbaycan teklifin - " Daqliq Qarabaq ermenilerine " MUXTARIYYET" tebliqatini aparmaqin, subut edir ki, sen, Azerbaycan XALQINA XEYANET EDIRSEN. .......Zərdüşt Əlizadə , meger, sen bilmirsen ki, Azerbaycanda , BERABER HUQUQ STATUSUNDA , yashayirlar etnik milletli talishlar, lezgiler, avarlar, daqli yehudiler ??????? ........Zərdüşt Əlizadə , Niye, dushmen ermenilere Daqliq Qarabaqda MUXTARIYYET ISTEYIRSEN???????? .......Zərdüşt Əlizadə , sene meslehet olunur ki, SARSAQ - SARSAQ DANISHMA .
Bele axmaq fikirler esitmemisdim bura hormetim varidi daim oxuyuram amma bele rusperest birinden musahibe almisiz !! Bize gore Turkiye sanksiya ala biler Abisdan avropadan !! Sen gelmisen turke dusmen soz !!! Bu gun avropa mehkemesi turkiyeni hedef aldi !! Bu da sagolunuz besdirin az aramizi vurun !! Ermenilere muxtariyyat verilse ve ya rus sulhmeramlilari gelse bu facieler 50 il sonra tekrarlanacaq cunki her 100 illik de xeriteler deyisir !
Onlarla öz dilinde nakişi dilinde danışmaq lazımdır.Çünki nakişi ild kişi kimi damışanda kişi Kişilikdan düşer .Eger Ermenistanda ya Qarsbağda bir nefer azebaycanlı varsa gelin biz de onlara istediyini verek.Mesele mence birdefelik hell olmalıdır.Bu gün bizi ona göre söz deyen yoxdur ki Haqq da Güc de nizim terefdedir.Niye 30 ilde heç kim bizi müdafie etmedi bu gün ise herşey ferqlidir.
Vetendaş düz deyir Onlar bizimle nece reftat edibler eyni cavabı almalıdırlar Onlar göre biz bu günedek Müsteqilliyin dadını nbilmitik menasız yere xalqın. pulunu mecburen herbe yöneldirik.İndi fürsetdir bu bir de ya qismet ne vaxt olar Eger Ermenistanda nir nefer azerbaycanı varsa onlara kömek edek .Esl siyaset odur ki kişi ile kişi kimi reftar etmelisem bele nakişilerle ancaq
Hörmetli Betendsş düz deyir.O şerefsizler bizim milletinen 30 ilde konkret nece reftar ediblerse biz de onlarla ele reftar etmeliyik.Hümanüzm zamanı deyil saydız hesabsız qırbanlar vermişik.Bir de esl siyaset odur ki kişi ile kşi kimi reftar etmek lazımdır nakişi ile ise öz dilinde nakişi dilinde danışmaq lazımdır .Qarabağda bir ermeni qalsa bu problem de qalacaq bu fürseti elden vermek olmaz Ermenistanda bir nefer olsun azerbaycanlı varsa siz deyen olsun Bir az qetiyyetli ve ürdyiyumşaqluq etmeyek
Cənab MÜƏLLİF, bizlər hüquqi müstəviyə qəti iddia sübyektlərini qoymuruq? Ermənistan milisi bir milyon azərbaycanlını qovdu. Biz nəinki, İNSAN HAQLARI, heç onların sayını təsdiqlədə bilmədik? DQMV daşnağları hərbi genosidlə yarım milyon dinc azərbaycanlı ailəsini Qarabağdan-döğma mülkündən qovdu. Onların iddiaları və artıq iki milyonu keçmiş sayı belə mətbutda səslənmir? Dünya nə bilsin həmin iki milyonun insan hüquqlarını cəmi əlli min Qarabağ ermənisinə uduzmuşuq?
Muxtariyyət söhbəti bitmədi ??? Dəlinin yadına daş salmayın !!
Keçən dəfə də qeyd etmişdim ki, Zərdüşt,Araz, Hikmət Hacızadə kimi pol itoloqlardan müsahibə almayın .Bu adam erməni sefiri kimi danışır ...Heç vaxt Azərbaycan dövlətinin marağını qorumayib...
TÜRKÜN DÜŞMƏNİ VƏSSALAM
Qısa-konkret Zərdüşt ermənini biz Türklərdən çox istəyir. İstəmir ki,düşmən millət Azərbaycandan çıxsın. Ancaq erməni sonuncu nəfərinə kimi çıxmalıdır. Zərdüş də çox istəyirsə ermənini getsin İrəvana. Zərdüştün milliyəti nədir,bilən varmı?
Təsir əks təsirə bərabər olduğu üçün azərbaycanlısız ermənistan olduğu kimi ermənisiz də Qarabağ olmalıdır. Vəssalam !
Zərdüş bəy ağıllı siyasətçidir. Lakin bu müsahibəsində görünən o ki, bəzi düşüncələrində hələ də O 90-ci illərdə qalıb. Ay kişi ermənilər kim idi ki, muxtariyyat məsələsi ilə razılaşıb, sülh danışıqları ilə məsələ həll olunsun. Rusya imkan verərdimi o zaman. Rusiya bu illər ərzində Qarabağ kartı ilə cənubu Qafqazı daima öz nəzarətində saxlamaq üçün, əsas söz sahibi olub. Bütün bu illər ərzində erməniləri danışıq masasından qaçıran Rusiya deyildimi. İran da açıq deyib ki. Qarabağ məsələsi həll olunsa Təbriz təhlükədə olacaq. Bəli artıq dəngələr dəyişib. Bizim itirəcəklərimizdən keçib. Biz indiki halda heç kimin sözünə inanıb müharibəni dayandıra bilmərik. Müharibə o zamana kimi getməlidir ki, erməni Azərbaycan Prezidentinin şərtlərini qəbul edib masada oturmaq məcburiyyətində qalsın. Onsuz da Prezident Qarabağ ermənilərinin müharibədən sonra da əvvəlki qaydada Qarabağda yaşamalarını bəyan edib. Ona görə də gəlin sözlərimizdə nala- mıxa vurmayaq. Bir şeyi qafamıza soxmalıyıq ki, artıq zaman o zaman deyil. Rusiya artıq at oynada bilməyəcək. Çünki, bir az çaşarsa Türküyənin timsalında NATO gəlib oturacaq burnunun dibində. Zatən Rusiyanı da qorxudan bu amildir. Odur ki, Ölkə başçısının bu günkü qətiyyətinin arxasında durub yanında olmaq, Qarabağı bu müharibə ilə xilas etməliyik. Hələ 29 may 1918-ci ilə onların Azərbaycan torpaqlarında dövlət olmaları ilə bağlı bağlanılmış “müqavilənin” şərtlərini pozduqlarını demirəm. Ki o şərtlərə əməl etmədikləri üçün Dərələyəz, Zəngəzur və Göyçədə geri qaytarılmalıdır.
Salamlar ,azpolitika.info nezere alsin ki,bele ermeniperest anti Turk-Azerbaycan politoloqdan muhasibe almaqla oz nufuzunu ashagi salir,bele ermeni-elaqeli politoloqlar TAm "SKan" olunub deportasiya edilmelidir.
Qarabağı düşməndən ordumuz İNŞALLAH alacaq. Türkiyə də arxamızda duracaq. Ancaq torpaqlarımızı ermənisiz almalıyıq. 1-cisi ona görə ki onlar bizim torpaqlarımızda öz dövlətlərini qurub və axırıncı nəfərə kimi bizi oradan ata-baba totpaqlarımızdan qovudular. Yəni düşmən ölkədə 1 nəfər Azərbaycan türkü yoxdur. 2-cisi də ki Qarabağda 1 nəfər erməni qalsa problem də qalacaq. Bu hadisələr imkan olan kimi yenə təkrarlana bilər, ona görə də bu məsələni birdəfəlik həll etmək. Naxal millət gəlib oturacaqlar Bakıda. Bir də ki, biz erməni kimi düşmənlə yenidən barışıb bir yerdə necə yaşayacağıq? Hansı ki, 100 illərdir Rusların əli ilə bizə divan tutublar. Azərbaycanda elə ailə yoxdur ki, oğlu,yoldaşı qohumu ya dostu,yaxını şəhid olmasın. Yenə qeyd edirəm elə etmək lazım ki Torpaqlarımız ermənisiz alınsın. Bunun da yolları var. Ən azı düşmənin bizə tətbiq etdiyi taktikadan istifadə etmək lazımdır. Stepanakert yaxşı bombalansa qaçacaqlar. Düşmənlə heç bir danışığa getmək qətiyyən olmaz.
Если мы не остановиМся
Əgər Qarabağı ala bilsək, Vəfa Quluzadənin ehtimalı düzgün olmur.
Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində muxtariyyət verəcəyi andan Azərbaycanın gələcəkdə eyni bu problemlə üzləşəcəyinin təməli qoyulmuş olacaq. bunun qarşısını almaq üçün Ermənistanda Azərbaycan mutariyyəti yaradılması və ermənistandan qovulan azərbaycan türklərinin ora qayıtması şərtini mütləq qoymaq lazımdırş
Cenab Prezident deyir Nikol Pasinyan uzr istemelidir, Nikol Pasinyan Qarabagin Azerbaycanin bir parcasi oldugunu etiraf etmelidi ve qeyri sertsiz dusmen ordulari Azerbaycan torpaqlarindan cixmalidirlar. Alim olmaga ehtiyac yoxdur ki, ermeni dgasi birinci serti qebul etse, siyasi karyerasi qurtaracaq. Bu veten xaini Zerdust'de deyir ki, kompromise getmeliyik, ne bilim muxtariyet falan filan. A kisi, Qarabag ve etrafindaki 7 rayonu alaq, ustunden bir iyirmi-otuz il sonrada Irevani. Bu millet bu dovlet qelebenin dadini aldiqdan sonra hec kimi bizi tuta bilmeyecek.