Türkiyə Qarabağ tənzimləməsi məsələsində Rusiya ilə işləməyə hazırdır - bu məsələnin «kökündən həll olunmasına» ehtiyac var.
Türkiyənin Xarici İşlər naziri bu barədə oktyabrın 6-da Bakıya səfri zamanı bəyan edib.
«Rusiya Minsk üçlüyündədir (ATƏT-in Minsk Qrupu həmsədləri nəzərdə tutulur - Red.), həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri var. Bu prosesə Rusiyanın böyük töhfəsinə ehtiyac var. Hamı bilir ki, bu günə qədər Rusiya bu münaqişənin həllinə nə qədər töhfə verib. Biz, daha çox töhfə verilməsini istəyirik, Rusiya ilə işləməyə hazırıq. Bölgənin təhlükəsizliyi üçün bu münaqişənin kökündən həlli çox vacibdir. Ona görə də bizim birgə işləməyimizə ehtiyac var» - deyə, Çavuşoğlu Türkiyənin «TRT» telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT çətiri altında uzunmüddətli həllinə tərəfdar çıxır.
«Biz, Qafqazda fikir ayrılıqlarının aradan qaldırılmasına istənilən beynəxlaq meydanda töhfə verməyə hazırıq» - Çavuşoğlu bildirib və əlavə edib ki, ATƏT Minsk Qrupunun həmsədrləri bütün dünyaya «sülhməramlı cəhdlərin» uğursuzluğunu nümayiş etdirdilər.
Türkiyə diplomatiyasının başçısı onu da qeyd edib ki, təkcə barışıq Qarabağ problemini həll etmir və Ermənistan öz ordusunu Azərbaycan ərazilərindən çıxartmalıdır.
AzPolitika.info


Şərhlər
Cənab Nazir, Haystanın Naxçıvanla Azərbaycan arası Zəngəzur zolağını qaytarması ilə Türkiyədən, Ermənistandan Azərbaycana və Rusiyaya geniş yollar açılır. Məncə, bu məkandan keçən Türkiyə-Rusiya Pariteti zəruri yeni və tam İqtisadi birlik olardı?