Menu

"Xarici İşlər nazirlərinin görüşünün keçirilməsini təklif etmişik” - Zaxarova

08.10.2020, 18:03
"Xarici İşlər nazirlərinin görüşünün keçirilməsini təklif etmişik” - Zaxarova

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlaması üçün müxtəlif sxemlər üzərində iş gedir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Onlardan biri bizim tərəfimizdən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşünün keçirilməsi təklifidir. Biz tərəflərlə bu formatda danışıqlara başlamağın mümkün müddəti barədə məsləhətləşmələr aparırıq. Bu istiqamətdə atılan bütün addımlar barədə ictimaiyyəti məlumatlandıracağıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Şərhlər

Захарова, прекрати вмешаться ! 2020-10-08 18:40:47

........Zaxarova, NIYE, CANFESHANLIQ EDIRSEN......?????? Azerbaycan Ordusu TEZLIKLE, Xankendini ve etrafindaki 7 rayonlari ermeni ishqalindan AZAD EDECEK ve Xankendinde Azerbaycanin BAYRAQI QALDIRILACAQ, MUTLEQ !!!! DAVAY, DOSVIDANIYA, ..........kalantaryan, ........ marfa zaxaryan .......!!!

t.ədalət 2020-10-08 18:19:20

Burda sxem məsələsi absurddur.Düşmən məhv edilməli,status məsələsi olmamalıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol