Oktyabrın 8-də - bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrəyə səfərə gedib. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.
Bəs Azərbaycanda bu görüşlə bağlı gözləntilər nədən ibarətdir?

Deputat Erkin Qədirli bildirib ki, görüşüb danışmaq vacibdir və bu, siyasətin tərkib hissəsidir. Onun fikrincə, bu mənada Xarici işlər naziri C.Bayramovun həmsədrlərlə görüşməsi önəmlidir. E.Qədirlinin xatırladır ki, Ermənistan tərəfi bu görüşlərə qatılmır: "Nəzərə alsaq ki, Ermənistanın Xarici İşlər naziri həmsədrlərlə bu görüşə getmədi, bu fonda Azərbaycanın mövqeyi daha konstruktiv görünür. Yaxşı bir diplomatik gediş və qazanılan xaldır".
Deputatın fikrincə, həmsədrlərlə bu görüş Azərbaycanın danışıqlardan çəkinmədiyini göstərir. Onun vurğulamasına görə, həmsədrlər özləri də şahid olurlar ki, danışıqlardan qaçan Azərbaycan yox, Ermənistandır: "Digər tərəfdən, danışıqlar hərbi əməliyyatlara mane olmur, döyüşlərlə paralel danışıqlar da gedir. Elə bir nəticə gözləmirəm. Bu baxımdan, Xarici İşlər naziri öz işini görür. Görüşdə Azərbaycanın mövqeyini də izah edəcək, verilə biləcək sualları cavablandıracaq".

Politoloq Hikmət Hacızadə “Azadlıq” radisouna şərhində deyib ki, Cenevrədə aparılacaq danışıqlar hərbi əməliyyatların gedişinə heç bir təsir etməyəcək: "ATƏT-in Minsk Qrupunun həmsədrləri sülhə çağırış bəyanatları səsləndirəcək, Azərbaycan da öz mövqeyini ortaya qoyacaq. Ermənistan isə Azərbaycanla bir masa arxasına oturmaq istəmir. Danışıqlara hazır deyil".
Politoloqa görə, bu danışıqlar gələcək sülh naminə lazımdır və Azərbaycan özünü bu danışıqlarda konstruktiv aparmalı, mövqeyini izah etməlidir.
"Bu danışıqlardan hansısa bir nəticə gözləmirəm. Amma bugünkü addım gələcək üçün lazımlı ola bilər. Çünki istənilən müharibə sülh ilə başa çatır", - H.Hacızadə bildirib.
“AzPolitika.info”


Şərhlər
30 ildir ki, "vasitechiler" ( Rusiya, Fransa, ABŞ ) imitasiya uchun, teshkil etdikleri "danishiqlar" - da, HECH BIR VAXT, Ermenistani ISHQALCHI olke, Azerbaycani ISHQALA MERUZ QALMISH olke olduqu barede, HIYLEGERCESINE, BOYUK HEYASIZLIQLA, SUSUBLAR, BMT - nin Tehlukesizlik Şurasinin 4 qetnamesinin ICRASINA HERTEREFLI MANECHILIKLER TOREDIBLER, indi, Azerbaycanda HERBI VEZIYYET ELAN EDILIB, Azerbaycan Ordusu , Azerbaycan erazilerinde anti - terror emeliyyatlari kechirir ki, ishqalchi ermeni herbi quvvelerini Daqliq Qarabaqdan ve etrafindaki 7 rayonlardan QOVSUN ve Azerbaycan torpaqlari ermeni ishqalindan AZAD OLUNSUN. Sual olunur, cebhede ermeni ishqalchilarina qarshi aktiv doyushler aparilan zamanda, NIYE, bu RIYAKAR, HIYLEGER, anti - Azerbaycan movqeyinde olan " vasitechiler", TECILI, BASHLAYIBLAR NOVBETI OYUNBAZLIQA, diplomatiya FIRILDAQCHILIQINA .......??????? Azerbaycan Ordusu cebhede ermeni ishqalchilarina qarshi vurushur, NIYE, Azerbaycan XIN rehberliyi, bu , RIYAKAR, HIYLEGER " hemsedrler " ile gorushur, NIYE, TURKIYENIN MUTLEQ ISHTIRAKINI TELEB ETMIR ???????