“MƏHZ AZƏRBAYCAN ÖZ İRADƏSINİ DİKTƏ EDİR” – “Hərbi əməliyyatlar dərhal bərpa oluna bilər”

“Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş müvəqqəti atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini ərazidən çıxarmaq və təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində real addımlar atmayacaqsa, hərbi əməliyyatlar dərhal bərpa oluna bilər”.

Bunları Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov dünən gecə Moskvada əldə olunmuş razılaşmanı “AzPolitika.info”-ya şərh edərkən deyib.

Deputat vurğulayıb ki, baş verənlər Azərbaycanın hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirməsidir, narahatçılığa heç bir əsas yoxdur. “Bütün istiqamətlərdə geri çəkilən tərəf Ermənistandır. Döyüş meydanında olduğu kimi, dünən diplomatik müstəvidə də geri çəkildi. Məsələn, Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək cəhdlərinin üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.

Ermənistanın baş naziri 15 gün əvvələdək olduğu kimi, artıq şərt irəli sürmək imkanında da deyil. Nəinki 7 şərt, heç birini də irəli sürə bilmir. İndi o Azərbaycanın diqtəsilə hərəkət etmək iqtidarındadır. Elə bu gecə döyüş meydanında olduğu kimi, danışıqlar prosesində də məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür”.

Deputat bir daha vurğulayır ki, Azərbaycan xalqının dünən Moskvada əldə olunmuş razılaşmadan bədgüman olması üçün heç bir əsas yodur. “Mən Prezident İlham Əliyevin bir sözünü xatırladıram. O, Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirmişdir: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Hesab edirəm ki, bugünədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Qələbə bizimlədir!”

“AzPolitika”

635x100

Şərhlər

RT 2020-10-10 16:40:11

Sadiq mellim, qohumlardan qardashdardan kim hardadi ?

Xalq 2020-10-10 16:07:29

nə vaxt millətlə məsləhətləşdiz ki, atəşkəş eləyirik?

Son yazılar