Koronavirus pandemiyası ilə mübarizə aparan daha bir həkim bu virusa yoluxub.
Bir neçə aydır “Yeni Klinika” xəstəxanasında “COVİD 19” xəstələrini müalicə edən doktor Xəyal Nərimanzadənin test nəticələri pozitiv çıxıb. Həkim hazırda çalışdığı tibb müəssisəsində müalicə olunur.
Xatırladaq ki, son günlər Azərbaycanda yoluxmaların sayında artım müşahidə olunur.
"AzPolitika.info"


Şərhlər