“ÖLKƏMİZƏ QARŞI MÜXTƏLİF TƏZYİQLƏR VAR...” - Hikmət Hacıyev

“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayanadək Cənubi Qafqaz regionunda davamlı sülhün olması qeyri-mümkündür”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu problemin gələcəyə saxlanması yox, bu gün həll olunması lazımdır: “Dünən İlham Əliyev Azərbaycan xalqına müraciətində nəyin nə zaman edilməsi ilə bağlı fikirlərini çatdırdı. Bu gün ölkəmizə qarşı müxtəlif təzyiqlər var.

Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə, xalqımızın milli maraqları əsasında sinə gərməkdədir və axıra kimi də sinə gərəcək. Çünki prezidentimizin siyasətində Azərbaycan Respublikasının milli maraqları ən hakim maraqlardır.

Biz bu kimi təzyiqləri çox görmüşük. Bundan sonra da istisna deyil ki, bu təzyiqlər olacaq. Təəssüflər olsun ki, beynəlxalq dairələrdə də müəyyən qərəzli yanaşma görürük”.

H.Hacıyev deyib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur: “Tələbimiz ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsidir. Əgər Ermənistan atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə prinsipindən istifadə edərək, cavab vermək məcburiyyətindədir”.

635x100

Şərhlər

Əski qara 2020-10-13 20:44:14

Bəli, 27 ildir hərbi basqıdayıq. Milyona yaxın Ermənistan qovulub, Qarabağdan qovulanların sayı iki milyonu keçib. Onların mülkləri də Qarabağın erməni terrorçularını inhisarında!

Millət 2020-10-11 13:50:45

.. Açıq bir Makron çıxış edirdi. Bütün dünya bizi haqlı sayırdı. Heç rus da açıq girişə bilmirdi. Bizim idə Türkiyə Pakistan kim açıq müdafiyəçilərimiz var.....

Məzahir Süleymanov 2020-10-11 08:54:54

Azərbaycan hakimiyyəti , Moskvanın hiyləsinə inanma , onlar bizi bu atəşkəslə tələyə salırlar

Azəri, adsız Mil və müşavirə 2020-10-11 04:05:58

Biz Hərbi genosiddən tutmuş heç bir cinayətin iddiasını qaldırmamışıq? Qəddar işğalçı ağlamsıyaraq bizim qələbə şüarlarımızı elə şou kimi də dəf edir? XİN-in Kremldə nə işi vardı? Paşinyanın güzəştləri nədən ibarətdir?

Kələntər 2020-10-11 00:59:27

Ərdoğana da təzyiqlər olur, amma vecinə almır...

Millət 2020-10-10 18:55:48

Bu Rusun ucbatından millət xalq əziyyət çəkir,torpaqlarımız gedir,millətimizin qanı tökülür....

Azəri 2020-10-10 18:35:28

Bəs dünən böyük-böyük danışmaq nə demək idi. Necə inanaq sizə?

Son yazılar