“Mən şəxsi məsələlərlə bağlı müsahibə verməkdən həmişə çəkinmişəm. Mənim atam da Gəncə sakinidir”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın ötən gecə Gəncə şəhərini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.
H.Hacıyev qeyd edib ki, hadisə onların Gəncədəki evlərindən bir neçə yüz metr kənarda baş verib.
“Hadisə də bizim evimizdən bir neçə yüz metr aralıda baş vermişdir. Atam da Gəncə şəhərində yaşayır, Gəncə sakinləri ilə bir yerdədir. Onun 82 yaşı var və mənə dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”.


Şərhlər
Öncə HƏRBİ GENOSİD İŞĞALÇILARINA qarşı Az.Alİ və Konstitusiya məhkəmələrində iddia qaldırılmalı, BMT TŞnın 27 il qətnaməsini icra etməyən CİNAYƏTKARLARA qarşı qətiyyətli müharibə elan olunmalıdır
HİKMƏT MÜƏLLİM SİZƏ CAN SAĞLIĞI UĞURLAR DİLƏYİRƏM.SİZİN KİMİ SAVADLI ,ELMLİ İNSANLARI GÖRƏNDƏ SEVİNİRƏM.ALLAH KÖMƏYİNİZ OLSUN.VƏTƏNİMİZ ÜCÜN CALIŞIN,VURUŞUN.
Biz sizi heç tanımamışıq. Az danışıb, çox iş görən insanları Allah saxlasın!!!
Hikmət müəllim Sizinlə şəxsi tanışlığım yoxdur, ancaq şəxsiyyətinizə, təmkin və savadınıza müsbət münasibətim olduğundan deməliyəm...Belə insanın elə də atası olar, yəni, bu yaşında əsil kişilik nümunəsidir onun sözləri...