"REALLIQDA ATƏŞKƏS YOXDUR..." - "Biz cavabı döyüş meydanında veririk!”

“Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”.

Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib. 

“Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. 

Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”, - deyə dövlət başçısı vurğulayıb.

635x100

Şərhlər

Sahib 2020-10-13 11:49:26

Ermənilərin vaxtı bitir yəqin ki PREZİDENTİMİZ hücum əmri verəcək yenə ordumuz düşməni qovmada əzişdirməkdə davam edəcək.

RT 2020-10-13 07:44:18

Inshalla qelebe bizimledir !!!!

Vətəndaş 2020-10-12 22:45:51

ALLAH QORUSUN İGİDLƏRİMİZİ,ORDUMUZU!

Nadir Mayılov 2020-10-12 21:38:51

QƏLƏBƏMİZİ qeyd edənə kimi davam

Xalq 2020-10-12 21:14:04

erməni sənə bir ağıllı məsləhət: şələ-küləni götür rədd ol! GƏLİRİK HAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA!

İsrail 2020-10-12 20:59:12

Allah bütün millətimizin köməyi olsun inşallah

Sual 2020-10-12 20:47:44

İshqalci Ermenistanin, Azerbaycanda xalqa qarshi toretdikleri herbi cinayetler barede , HAAQA BEYNALXALQ HERBI TRIBUNALA ve BMT MEHKEMESINE RESMI MURACIET ETMƏKLAZIMDIR...

Son yazılar