Menu

“Azərsu” 4 milyon manatlıq 4 tenderə yekun vurub

13.10.2020, 11:17
“Azərsu” 4 milyon manatlıq 4 tenderə yekun vurub

“Azərsu” ASC nasosxanalarda elektrik təchizatına dair görüləcək işlərin (1), su sərfölçən cihazların quraşdırılmasına lazım olan mal-materialların (2), Oğuz-Qəbələ-Bakı su kəmərinin quyuları və regionlarda istismar olunan modul tipli sutəmizləyici qurğular üçün nasos aqreqatların (3), eləcə də avtomatika sahəsinə lazım olan avadanlıq və mal-materialların (4) satın alınmasıilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Katri”, “Universal Pro”, “Kaskad-Hidro” və “Maybo” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 480 min manat, 2 080,6 min manat, 576,8 min manat və 764 min manat, ümumilikdə isə 3 901,4 min manat ödəniləcək.

Şərhlər

t.ədalət 2020-10-13 13:20:44

Belə getsə,Quba rayonunun ərazisində boş torpaq qalmayacaq....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol