“PAŞİNYAN ORDUYA NƏZARƏTİ İTİRİB” – “Hamı gözləyirmiş ki, Azərbaycan Moskvaya "yox" desin...”

Sentyabrın 27-də Dağlıq Qarabağ və ətraf ərazilərdə başlanan savaşın rəsmi Kremlin vasitəçiliyi ilə yenidən əldə edilən atəşkəslə durdurulacağı açıqlandı.

Beləliklə, oktyabrın 10-da Moskvada Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri arasında humanitar atəşkəs bəyanatı imzalandı. Hərçənd, həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaqdakı Gəncə şəhəri də raket zərbələrinə tutulub. Nəticədə, 10 nəfər dinc sakin həlak olub, 30-dan çox sakin yaralanıb.

Bütün bunlarla belə, hazırda cəbhədə ağır döyüşlərə müəyyən qədər ara verildiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı da oktyabrın 13-də deyib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir.

Bu ara istər sosial şəbəkələrdə, istərsə də bəzi yerli mətbu orqanlarda yenidən Rusiyanın bu münaqişədə maraqları ilə bağlı müxtəlif fikir və mülahizələr özünü göstərməyə başlayıb. Bəzi müşahidəçilər bir daha vurğulayıblar ki, Rusiyanın bu məsələdə əsas məqsədi öz qoşunlarını sülhməramlı qüvvə adı altında Dağlıq Qarabağa yerləşdirməkdir.

Milli Məclisin sədr müavini, deputat Fəzail İbrahimli "Turan" agentliyinə bildirib ki, bu atəşkəs özü Azərbaycan üçün incə tələ idi və uzağa gedən məqsədlər güdürdü. Onun fikrincə, atəşkəsə əməl edilməsi Ermənistanın baş naziri Nikol Paşinyanın marağında deyil: "Səbəb budur ki, atəşkəsə əməl edildiyi, danışıqlar masası arxasında oturduğu halda Paşinyan işğal edilmiş Azərbaycan ərazilərindən çıxmaq barədə qrafik təqdim etməlidir. Bu isə onun üçün rüsvayçılıq və hakimiyyəti itirmək deməkdir. Atəşkəs dayanmadığı halda yenə də Paşinyanın sonu deməkdir..."

F.İbrahimli deyib ki, Azərbaycan atəşkəsə ona görə razılaşıb ki, burada incə diplomatik tələ var idi və Azərbaycan-Rusiya əlaqələrinin pozulmasına hesablanmışdı. Sədr müavini qeyd edib ki, Rusiyaya "yox" demək Kremlin onların mövqeyinə keçməsinə səbəb ola bilərdi və buna yol vermək olmazdı.

Onun vurğulamasına görə, elə bütün maraqlı tərəflər gözləyirmiş ki, Azərbaycan Moskvaya "yox" desin və münasibətlər korlansın: "Azərbaycan aqressiv ölkə kimi təqdim edilsin. Amma Azərbaycan tərəf incə gedişlə bu gözləntiləri sıradan çıxardı".

Sədr müavini hesab edir ki, hələlik, Kremlin bölgəyə sülhməramlılar yeritmək niyyəti hiss edilmir. "Amma atəşkəs olsa da, olmasa da, Azərbaycan işğal edilmiş ərazilərindən işğalçı silahlı birlikləri qovub çıxaracaq", - F.İbrahimli vurğulayıb.

"Atəşkəs razılaşmasından sonra Ermənistan tərəfinin Gəncəni bombalaması məndə bunun arxasında Rusiyanın dayana bilməsi kimi düşüncə yaradıb". Bunu isə politoloq Şahin Cəfərli “Azadlıq” radiosuna deyib.

"Səbəbi də bu ola bilər ki, Rusiya tərəflərə "atəşkəs elan etdik, siz də ona əməl etmədiniz. Hər iki tərəfdən atəşkəs pozulur. Buna üçüncü tərəf də maraqlı ola bilər. Gəlin oturaq, danışaq, bu məsələni bir daha müzakirə edək. Atəşin möhkəmləndirilməsi mexanizmi barədə razılığa gələk" deyə bilsin".

Ş.Cəfərli qeyd edib ki, oxşar təkliflə 2016-cı ilin aprel döyüşlərindən sonra ATƏT-in Minsk Qrupu ölkələri də çıxış ediblər. Politoloqun sözlərinə görə, onda bu, müşahidə missiyası şəklində ifadə edilib.

Ş.Cəfərli deyib ki, maraqlarına zidd olduğu üçün Azərbaycan onu qəbul etməyib: "İndi buna bənzər bir təklif yenə ortaya gələ bilər. Ya da əraziyə sülhməramlı qüvvələr yeridilə bilər. Bunu istisna etmirəm. Bu baxımdan düşünürəm ki, Rusiyadakı bəzi dairələrin məsləhəti ilə qarşı tərəf məhz bu məqsədlə atəşkəsi pozur. Amma bölgəyə sülhməramlı qüvvələr yeridilməsi Azərbaycanın maraqlarına ziddir".

Politoloq Hikmət Hacızadə isə düşünür ki, atəşkəsin pozulması Ermənistan hakimiyyəti daxilindəki hərc-mərclikdən irəli gəlir: "Konkret olaraq bununla bağlı Moskvadan əmr verilməyib".

H.Hacızadəyə görə, Qarabağda səhra komandirləri itaətdən çıxıblar, Ermənistan hakimiyyətinə tabe olmurlar. "Görünür, Paşinyan orduya və səhra komandirlərinə nəzarətini itirib. Bu, Ermənistan daxilində hərc-mərcliyin nəticəsidir. Bölgəyə sülhməramlılar gətirmək kimi düşüncələr var, amma o sonrakı mərhələnin məsələsidir", - politoloq bildirir.

“AzPolitika”

635x100

Şərhlər

vidadi goyce 2020-10-14 16:11:54

ancaq turk ve izrail ordusu gele biler

Hacı Meştağinski 2020-10-14 05:49:30

N.V.Paşinyan yalnız və yalnız İrəvan-Stepanakert arasında millətçi çelnok-şoumendir, vəssalam!?

Rövşən 2020-10-14 02:54:47

Hikmət Hacızadə həmişə israrla fikir söyləyir ki sülhməramlılar olmalıfır,olmamalıdır qəti şekilgə və erməni mənşəlli törəmələlər Azərbaycanın bütün Qarabağ bölqəsindən qovulmalıdır,necəki bizim soyidaşlarımız Qərbi Azərbaycandan qovulub,və Naxçıvan Azərbaycama birləşməlidir.

Rövşən 2020-10-14 02:54:46

Hikmət Hacızadə həmişə israrla fikir söyləyir ki sülhməramlılar olmalıfır,olmamalıdır qəti şekilgə və erməni mənşəlli törəmələlər Azərbaycanın bütün Qarabağ bölqəsindən qovulmalıdır,necəki bizim soyidaşlarımız Qərbi Azərbaycandan,və Naxçıvan Azərbaycama birləşməlidir.

t.ədalət 2020-10-13 23:09:15

Rusisit Hikmət Hacızadə səhv düşünür.Bölgəyə rusquldurməramlılarının gətirilməsinə Azərbaycan heç vaxt razı ola bilməz.O ki qaldı ermənistanla sərhədlərimizə,ruslar zatən orda olacaqlar.Aradakı söz-söhbətin Rusiyanın ermənistanın sərhədlərini qorumasına heç bir əngəl törətmir.ermənistan sərhədlərinin qorunmasını öz üzərinə götürən Rusiya üçün Azərbaycan tərəf dost ölkəı deyil.Nə yaxşı ki Türkiyə var və bizi onlar rus təhlükəsindən layiqincə qorudular.

Türk 2020-10-13 20:29:25

Dığaları,haxcıxları öldürməli və qovmalıyıq İNŞALLAH!

Son yazılar