"MİNSK QRUPU TƏCİLİ TOPLANMALIDIR..." - "Artıq addımlar atılmalıdır"

“Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üçün konkret bir addım atmadığını qeyd etmişik”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

Mövlud Çavuşoğlu deyib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır. 

“Minsk qrupu olaraq iclas keçirməyimiz faydalı olar. Bu təklifimizi bu gün gündəmə gətirdik. Minsk qrupu həmsədrləri də bu günədək nə işlər görüblərsə, bununla bağlı hesabat hazırlamalıdırlar. Artıq addımlar atılmalıdır”, - nazir vurğulayıb.

Çavuşoğlu bildirib ki, Türkiyə Minsk qrupunun təcili toplanması ilə bağlı təklif edib: "Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətələnərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir".

635x100

Şərhlər

Yagmur 2020-10-13 21:50:30

Eger bolgeye sulhmeramli ordu gelmelidirse bu qanliiyanvari toreden fasist rus ordusu deyil, Mohtesem ve Mohterem Türk olmalidir

Xeyr! 2020-10-13 21:04:28

ATƏTin Mq və ya hər hansı qlobal toplantının hərbi işğalçıların Qarabağı, Azərbaycanı tərk etməyincə keçirilməsi nəinki faydalı ola bilər, əksinə çox təhlükəlidir?

Əbülfəz 2020-10-13 19:13:40

Azərbaycan Minsk qrupunun Fransadan və Rusiyadan olan həmsədrlərindən təcili imtina etməlidir.Çünki Fransa Ermənictan tərəfinfdə çıxış edir (Makronun bəyanatları), Rusiya isə təcavüzkarı silahlandırır.bu hallar onların tərəfsiz olmadıqlarını sübut etdiyindən təcili qrupdan kənar edilməlidirlır.

Ədalət 2020-10-13 18:58:39

Canımız Türkiyə olmasa bizim üçün Minsk grupu bitdi .

Rusiya, Fransa hemsedrini..... 2020-10-13 18:29:42

............Hemsedrler, FIRILDAQ " humanitar atəşkəs " rejimi SONA CHATDI ve bu, ........ FIRILDAQINIZI , Azerbaycan XALQI IFSHA ETDI, Rusiya ve Fransa hemsedrlerinin anti - Azerbaycan TEXRIBATLARI barede , HAAQA BEYNALXALQ HERBI TRIBUNALA ve BMT MEHKEMESINE, Azerbaycan RESMI MURACIET ETMELIDIR MUTLEQ ve TECILI !!!

Türk 2020-10-13 17:59:20

ATƏT-ə Türkiyə iştrak etməsə getmək lazım deyil

Son yazılar