Menu

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ

14.10.2020, 18:31
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ

“Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvələri şəhərlərimizə zərbələr endirirlər”.  Bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi: “O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.

“Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində “Elbrus” raketi yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”, - deyə general əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol