Menu

“Rusiya sülhməramlıları hara girirlərsə, çıxmırlar” - Avropa Siyasət Mərkəzinin baş analitiki

15.10.2020, 12:48
“Rusiya sülhməramlıları hara girirlərsə, çıxmırlar” - Avropa Siyasət Mərkəzinin baş analitiki

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Turk” telekanalında oktyabrın 14-də yayımlanan müsahibəsində deyib ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur.

“Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil” - deyə Prezident bildirib.

Bundan əvvəl, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək, Minsk qrupu çərçivəsində bölgəyə sülhməramlıların yerləşdirilməsinin mümkün olduğunu bildirmişdi, Kremlin sözçüsü Peskov demişdi ki, bunun üçün hər iki tərəfin razılığı olmalıdır.

Avropa Siyasət Mərkəzi – European Policy Center-in baş analitiki Amanda Paul bu barəd “Azadlıq” radiosuna deyib ki, Rusiya bu münaqişədə nə Azərbaycanın, nə də Ermənistanın tərəfindədir.

Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi elə regionda nəzarəti ələ almaqdır:“Rusiyanın marağındadır ki, regionda sülh olsun. Çünki qeyri-sabitlik, regionda müharibə Rusiya üçün də pisdir. Amma bu da sirr deyil ki, Rusiya həmişə öz sülhməramlılarını yerləşdirmək istəyib. Çünki bu, Rusiyaya regionda daha çox nəzarət etmək və yerləşmək imkanı verərdi. İndiyə qədər Rusiya sülhməramlılarının yerləşdirilməsini heç bir tərəf istəmirdi, çünki bir qayda olaraq Rusiya sülhməramlıları hara girirlərsə, çıxmırlar. Beynəlxalq sülhməramlılar məsələsi getdikcə daha çox gündəmdə ola bilər”.

AzPolitika.info

Şərhlər

Mübariz,Polad... 2020-10-16 11:16:42

Bu müharibə Azərbaycan və ermənistan arasında gedir başqa dövlətlərin qarışması dünya müharibəsinə səbəb ola bilər və müharibədən əziyyət çəkən biz olacıq. Ölkəmizdə bu 30 ildə minlərlə erməni cəsusları və ermənilərin puluna vətənini özünü satanlar var. Ona görə xaiş edirəm Bayrağımızı asan əsgərlərin ümumiyyət hər hansı bir əsgərlərin görüntülərini bu aralar yaymayın onların sağlamlığları və həyatı üçün. Satqınlar necə-necə igidlərinizi satıblar. Terorist ermənilər və içimizdəki ermənilər teror edə bilər uçaqları özünüzü qoruyun.

B.Qarabağlı 2020-10-15 16:53:26

Xanım Amanda Paul, Siz doğru buyurursunuz. Azərbaycan da bütün siyasətini tam erməni mafiyasının sifarişinə quran YEKƏ QARDAŞ)IMızı (190+30) ildir yaxından tanıyırıq. Madrid danışıqlarına görə Kreml BMT TŞ qətnaməsi üzrə DQMV münaqişəsini operativ- işğalçını geri çəkməklə həll etməli idi?

Xalq 2020-10-15 15:08:08

rus sülhməramlılarını Qarabağa yerləşməsinə qətiyyən razılaşmaq olmaz. Ona görəki sonra çıxmayacaqlar. Azərbaycan Ermənistan sərhədində, əgər bizim tərəfdə Türkiyə qoşunları olarsa, erməni tərəfdə rus qoşunu ola bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol