Menu

“Biz yalnız qonşu deyilik...” - Zelenski Türkiyədə

16.10.2020, 17:51
“Biz yalnız qonşu deyilik...” - Zelenski Türkiyədə

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdədir. “Haber7” məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən qapalı görüş yerli vaxtla 15:00-da başlayıb.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Ukrayna lideri Türkiyə ilə güclü strateji tərəfdaşlıq əlaqələrini qiymətləndirib: “Biz yalnız qonşu deyilik. Birlikdə dünyaya hər bir millətin səsinin tam eşidilməli olduğunu deyirik. Bu və daha çox şey bizi birləşdirir”.

O qeyd edib ki, Türkiyənin tutarlı, tam səmimi dəstəyini və ərazi bütövlüyünün qorunması üçün göstərdiyi köməyi gələcək Ukrayna nəsilləri unutmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol