Menu

“Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub” - Vaqif Dərgahlı

17.10.2020, 02:46
“Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub” - Vaqif Dərgahlı

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi.

Vaqif Dərgahlı həmçinin qeyd edib ki, qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb. Bu kimi xəbərin də heç bir əsası yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol