Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün Gəncəyə yola düşüblər.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev“Twitter” hesabında yazıb.
“Diplomatik korpus və hərbi attaşelerlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki əhaliyə qarşı barbar hərəkətlərini görsün”, - H.Hacıyev yazıb.


Şərhlər
Cənab DİPLOMAT, maraqlı dünya erməni millətçilərin 32 ildə Azərbaycan və azərbaycanlılara qarşı uydurma təxribatların və yerli mülki əhaliyə qarşı tarixin ən vəhşi hərbi terrorunu görməmiş deyillər? Həmin qanlı cinayətlərin mühakiməsi olmayınca yırtıcılar dayanmaz!