Erməni hərbçilər Moskvaya gedib: İrəvan Azərbaycanla təmasa can atır

Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən xilas olmaq üçün cəhdlər göstərən terrorçu Ermənistan çıxış yolları aramaq üçün dəridən-qabıqdan çıxır. Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyan deyib ki, İrəvan Rusiyaya Azərbaycan tərəfi ilə görüşməkdən ötrü hərbçilərdən ibarət nümayəndə heyəti göndərib.

Heyətin Rusiyanın təşəbbüsü əsasında Moskvaya getdiyi bildirilir. Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. 

Məlumatda o da bildirilir ki, Bakı anoloji addımı atımaqdan imtina edib. Gevorkyanın iddiasına görə, Bakının imtinası Türkiyənin “təzyiqləri” ilə əlaqədardır.

Ermənistan tərəf bildirir ki, 15 oktyabrda Rusiya XİN nümayəndəsi Mariya Zaxarova hərbçilər arasında görüşün keçirilməsi təklifinin verildiyini söyləyibmiş.

635x100

Şərhlər

t.ədalət 2020-10-18 01:40:48

Allah bizi Rusiyanın xəyanət planlarından qorusun!

Mirzə AĞ 2020-10-18 00:29:33

Моловуц, Калантарян!!!

Son yazılar