Rusiya KİV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Qarabağ üzrə danışıqlar aparmaq üçün görüşməyə hazır olduqlarını bildiriblər. Ölkə liderləri oktyabrın19-da Rusiyanın «TASS» informasiya agentliyinə verdikləri paralel müshibədə bunu ifadə ediblər.
Ermənistanın Baş naziri bildirib ki, Qarabağ münaqişəsi istisnasız olaraq, dinc yollarla həll olunmalıdır (necə ki, 30 ilə yaxındır, «həll olunur»!). «Və mən, belə nəticə əldə etmək üçün görüşməyə, danışmağa bütün lazımi səyləri göstərməyə, o cümlədən, danışmaq üçün getməyə hazıram» - Paşinyan bildirib.
Məqamındaca qeyd edilməlidir ki, bu, Paşinyanın (Lavrovla birlikdə!) növbəti kələyidir - bu niyyət onun dediklərindən açıq-aydın hiss olunur. Bunu anlamaq üçün siyasət alimi olmağa ehtiyac yoxdur, anlayıb da ciddiyə almamaq isə sadəlövhlükdən başqa bir şey deyil.
Bunu duymaq üçün erməni tərəfin açıqlamasının ardına diqqət yetirmək kifayətdir. Onlar bildirirlər ki, erməni tərəf üçün Dağlıq Qarabağın statusu məsələsi birinci dərəcəli məsələ olaraq qalır. «Mən, dəfələrlə demişəm və bu, faktiki olaraq, bütün dövrlərdə Ermənistanın rəsmi mövqeyi olaraq qalıb - Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququ, başqa sözlə, Dağlıq Qarabağın statusu bizim üçün strateji əhəmiyyətli rol oynayır» - Paşinyan deyib.
Əslində bu, danışıqlar üçün açıq qeyd-şərtdir ki, Azərbaycan üçün, məhz indiki şəraitdə məqbul sayıla bilməz. Başqa sözlə, Paşinyanın bu «şərti» elə indidən onu «üç hərfdən ibarət ünvana» göndərməyə bəs edər.
Azərbaycan Prezidenti isə öz növbəsində, bəyan edib ki, əgər Ermənistan «konstruktiv mövqe tutarsa» hərbi əməliyyatları dayandırmağa hazırdır. Ötən dövrün təcrübəsi göstərir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli məsələsində Nikol Paşinyan açıq-aşkar «fahişə mövqeyi» sərgiləyib. O da şübhəsizdir ki, ağlı başında olan heç kim fahişəyə inanmaz, bel bağlamaz. Ona görə indiki şəraitdə dünya bunu bizdən gözləməməlidir.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Cənab demokrat Nikolə Vovaeviç, lütfən, DİKTATOR kimi danışmayın! Erməni xalqına bir tərəfə-Ermənistana toplanmaq gərək ki, türk bəxşi olsa da qərb(yunan) katolik kilsəsindən qovulmuş qriqorianlarına bir respublika (İrəvan xanlığı) verilib! Bundan o tərəfi Azərbaycana və səxavətli türk xalqına qarşı yeni xəyanət olacaq?
Müharibəni hücumu davam edib torpaqlarımızı almalıyıq. Erməniyə nəinki status vermək,QARABAĞ BİZƏ ERMƏNİSİZ LAZIMDIR. ORADA bir toxum ERMƏNİ QALSA PROBLEM DƏ QALACAQ.
Biz tərəflərdə belə bir məsəl var: Qanana da qurban olum qanmayana da, dad hazar yarımçıq əlindən. Bu yarımçıq oğlu yarımçıq hələ başa düşməyib ki, müharibəni uduzub. Yerdə çabalayaraq hələ bir şərt də irəli sürür. Azərbaycan ordusu öz qanı bahasına Qarabağda muxtariyyəti ləğv etdi.
Əvvəllər o şərtlərdən əhali çox baş aça bilmirdi. İndi yox elə əvvəllər bu şərtə getmək bizim üçün qəbul edilməz idi. Bu şərtlərə getməkdənsə yaxşı ki, qeyri-müəyyən qaldı indi də imkan yaranıb torpağımızı alacağıq
Əsla və əsla. Mən cənab prezidentin onunla eyni kadrda yer almasını istəməzdim!