Menu

Peyvəndlər üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub

20.10.2020, 09:38
Peyvəndlər üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub

Bütün ölkələri ədalətli əsasda koronavirus peyvəndləri ilə təmin etməyi hədəfləyən beynəlxalq "COVAX" mexanizminə artıq 184 dövlət qoşulub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qübreyesus deyib.

A.Qebreyesus bildirib: "Bu gün 184 ölkənin "COVAX"a qoşulduğunu elan etməkdən məmnunam".

Onun sözlərinə görə, bu mexanizmdə iştirakını təsdiqləyən son iki ölkə Ekvador və Uruqvay olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol