Noyabrın 2-də, Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkilərinə bir gün qalmış Yer hazırda ona doğru yüksək sürətlə şığıyan asteroidlə toqquşa bilər.
Bu barədə amerikalı asftrofizik Nil Deqrass Tayson xəbər verib. Alim qeyd edib ki, Yerə doğru uçan kosmik cisimin kütləsi o qədər də böyük deyil. «2018 VP1 asteroidinin ölçüləri soyuducu böydadır və Yerə doğru 25 min mil/saat sürətlə şütüyür. O, noyabrın 2-də, prezident seçkilərinə bir gün qalmış Yerə çırpıla bilər» - deyə, Tayson yazıb.
Alimin sözlərinə görə, sözügedən asteroidlə toqquşma Yerə ziyan vurmayacaq. Güman ki, o, Yer səthinə çatmamış atmosferdə yanacaq. Tayson hesab edir ki, əgər dünyanın axırı 2020-ci ildə çatacaqsa, bu, qalaktikanın günahı üzündən baş verməyəcək.
Nil Deqrass Tayson Amerika astrofizikidir, fizika üzrə fəlsəfə doktoru, yazıçı və elmin populyarizatorudur. 1996-cı ildən o, Manhettendəki Amerika təbiət tarixi muzeyinin planetariya direktoru vəzifəsini tutur.
AzPolitika.info


Şərhlər