Menu

Fransada müsəlmanlara hücumlar başladı - Qadınları bıçaqladılar

21.10.2020, 16:26
Fransada müsəlmanlara hücumlar başladı - Qadınları bıçaqladılar

Fransanın Paris şəhərində Eyfel Qülləsi yaxınlığında naməlum şəxslər bıçaqla hücum edərək iki müsəlman qadını yaralayıblar. Bu barədə “Daily Mail”in verdiyi məlumat yayıb.

Ölkədəki vəziyyətin bir məktəb müəlliminin Məhəmməd peyğəmbərin karikaturasına görə öldürülməsindən sonra kəskinləşdiyi qeyd olunur.

Bildirilir ki, ərəb mənşəli iki bacı gəzdikləri zaman aqressiv itlər onlara hücum çəkiblər. Bu zaman bacılar uşaqları çox qorxduqları üçün itlərin sahibinə deyiblər ki, onları geri çəksinlər.

Buna cavab olaraq itlərin sahibləri qadınları təhqir etməyə başlayıblar, sonra bıçaq çıxarıb müsəlman qadınlara hücum ediblər.

Yaralılar xəstəxanaya yerləşdirilib, cinayətkarlar polis tərəfindən saxlanılıblar. Onlar insan öldürməyə cəhddə günahlandırılırlar.

Şərhlər

t.ədalət 2020-10-21 21:12:39

Fransa ikinci ermənistandır.Fransanı sevənlərin damarlarından mütləq erməni qanı axır..

Azər 2020-10-21 20:36:53

qurbağa yeyənlər qudurub... Rəhmətlik Şamil Qurbanov demişdi ki, jak sirak qudurub. Düz deyirmiş...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol