Menu

Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib

22.10.2020, 16:18
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib

Kreml Rusiya Silahlı Qüvvələrinin Qarabağda desant əməliyyat keçirməsi fikrini qəbul etməyib.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kremldə əvvəlki kimi əmindirlər ki, bu məsələnin digər həll yolu mövcud deyil:

“Rusiya vəziyyətin tənzimlənməsini siyasi-diplomatik müstəviyə qaytarmaq üçün əlindən gələni edir. Biz bundan sonra da sülh yolu ilə tənzimləmə üçün səy göstərməkdə davam edəcəyik”.

D.Peskov əlavə edib ki, münaqişənin mövcud formatlar çərçivəsində həllinə üçüncü tərəfləri, xüsusən də Türkiyəni cəlb etmək üçün hər iki tərəfin - Azərbaycan və Ermənistanın siyasi iradə göstərməsi lazımdır.

Şərhlər

Rzayev Nureddin 2020-10-22 22:34:33

Bunlar ,öncədən erməni perest mövqedən çıxış ediblər,bir türk oqlu Şayqodan bunu gozlemek,çox çətin oldu,bu qədim türk dininin helede sitayiş edir,Şamanizm,artıq Putin son nöqtəni qoydu,Pasinyan torpaqları azad et.yeni səni heç kim Mudafe etməyəcək.

Shoyqunun AQRESSIV TEKLIFI.... 2020-10-22 17:11:36

Jirinovskinin Azerbaycana qarshi seslendirdiyi HEDELERI, Rusiya Dovlet Dumasinin sedr muavini, deputat Konstantin Zatulinin ve Rusiya MN rehberi Shoyqunun, Daqliq Qarabaqa Rusiya herbi hava desant qoshunlarinin MUDAXILE ETMEK TEKLIFI , SUBUT EDIR ki, Rusiya Minsk qrupunun hemsedr statusundan MEHRUM OLMALIDIR , chunki, ishqalchi Ermenistani MUDAFIYE EDIR , anti - Azerbaycan MOVQE TUTUR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol