İT APARAN OLSUN!

Alqış Musayev

Qarabağın xan çınarı Zəngilanın işğaldan azad edilməsi Böyük və Labüd Zəfərin gəlişindən xəbər verir. Uzaqbaşı, üç-beş gün gecimiz-tezimiz ola bilər. Təmas xətti doğma kəndim Nüvədinin yerləşdiyi Meğri dəhlizinə daşınır. Ordumuz zəfər marşında, könlümüz Şuşa havasındadır!

Bizi kimsə durdura bilməz! Azərbaycan özünün tarixi coğrafiyasında, öz halal ərazisində və öz ərazisi uğrunda vuruşur. Mənfur düşmənin isə tarixin heç bir dönəmində öz konkret çografiyası və öz ərazisi olmayıb. Düşmən “lideri” düşük, düşmənin işğalçı əsgəri misgin durumdadır. 

Ermənistanın dostu kimdir? Heç kim. Cünki Ermənistan dövlət deyil, nökərdır, nökərin dostluğu, düşmənçiliyi bilinməz. Nökərin dostu yox, ağası olur. Nökər bir şeyi yaxşı bacarır, ilk fürsətdə xəyanət etmək.

Ermənistanın müttəfiqi kimdir? Heç kim. Çünki Ermənistan forpostdur. Forpost podratçı tərəfdir (yeri gəlmişkən, forpots ifadəsini rəsmi və siyasi leksikonumuza İlham Əliyev daxil edib), sadəcə şifarişçinin sifarişlərinı yerinə yetirir. Heç kim podratçı tərəfi bərabərhüquqlu tərəf-müqabil statusunda qəbul etmir.

Ermənistan Ermənistan deyil! Çünki Ermənistan olkə deyil, kölgədir. Kölgənin özü olmur, sahibi olur. Hazırda ağanın, sifarişçinin, sahibin əhvalı bulanıqdı, hökmü zəifləyib, sifarişlərində ardıcıllıq itib, kölgəsi əvvəlki effekti doğurmur.

Şair-dramaturq Hidayətin (Qırğızıstandakı səfirimiz Hidayət Orucov) xatirə-roman üslubunda yazdığı “Burdan min atlı keçdi” əsərində maraqlı bir epizod var: “Erməni Teatr Cəmiyyəti sədrinin birinci müavini Qazar Qazaryan söyləyib mənə. Mehdi müəllim Azərbaycan Teatr Cəmiyyətinin sədri olanda Soçiyə gedir və görür Qazar da ordadır. Mehdi müəllim Qazarı saymır, Qazara elə gəlir ki, Mehdi müəllim onu tanımır. Özünü təqdim edir, görür reksiya vermədi. Qazarın sanatoriya müddəti başa çatır. Vestbüldə əyləşən Mehdi Məmmədov əlində çamadan gedən Qazarı səsləyir:

- Qazar, gəl bura. Rusların müharibə işində bir xasiyyəti var, bilirsən? Kim hücum etsə, ruslar adətən geri çəkilirlər. Min kilometr, daha çox...

- Bəli, Mehdi müəllim, bu ruslar müharibə işində çox bicdilər.

Qazar əbləh kimi baxa-baxa qalıbmış ki, Mehdi müəllim sonra nə deyəcək. 

- Qazar, deyirəm, birdən Türkiyə, NATO-nun üzvüdür də, nə bilmək olar, SSRİ-yə hücum elədi, ruslar da mütləq geri çəkiləcəklər, min kilometr demirəm, yüzcə kilometr geri çəkildilər, bəs onda sizin halınız necə olacaq?

Qazarın dili tutulur, cavab verə bilmir. Mehdi müəllim isə ayağa qalxaraq, “Gedirsən, mənim bu sözlərimi irəvandakılara da çatdırarsan” söyləyib, aralanır...”

Türk faktoru həmişə İrəvandakı qazaryanları narahat edib, yuxularına haram qatıb. Mehdi Məmmədovun dediyi əlamətlər bölgəyə təşrif gətirdikcə, forpostun nökər xislətindəki “ilk fürsət düşən kimi ağaya xəyanət etmək” instinkti də baş qaldırır...

Dünya düzəni yenilənir. Qafqazlarda balans yerindən oynayır. Güc nisbəti Azərbaycanın, Türkiyənin xeyrinə dəyişir. Belə bir ərəfədə forpostun yeni sahib, yeni himayədar axtarışları qaçılmazdır. Bu axtarışlara erməni baş nazirin şəxsi siyasi iddialarını, mövcud olmaq uğrunda göstərdiyi isterik çabalarını da əlavə etsək, vəziyyət bir xeyli dərəcə tündləşir. Sanki Nikol Paşinyan “vur ölüm, artığımı da ver” deyir. Və hərdən adama elə gəlir ki, erməni baş nazir şüurlu şəkildə ordusunu qırğına çəkir, silah-sursat arsenalını zərərsizləşdirir, canlı qüvvəsini sıradan çıxarır. Məqsəd nədir? Əlbəttə ki, Paşinyan dövlət adamı deyil. Öncə şəxsi göstəriciləri onun dövlət adamı olmasına imkan vermir. Keçdiyi həyat yolu bombozdur. Hakimiyyətə küçədən gəlib, hələ də küçə eyforiyasından azad ola bilmir və sair.

Digər tərəfdən, Ermənistanın özünün dövlət ola bilməməsi Paşinyanın rəsmi obrazını cızmaq üçün əl yeri saxlamır. Ermənistanda dövlət adamı var ki? Köçəyran? Sarkisyan? Hansı biri? (Təbii ki, belə düşük “liderlər”lə üzləşmək, onlarla bir masa ətrafında əyləşib müzakirə açmaq Azərbyacan Prezidenti üçün heç vaxt xoş olmayıb. Bir dəfə xalq diplomatiyası çərçivəsində Azərbaycan ziyalılarının Şuşaya səfərindən sonra Bəxtiyar Vahabzadə “növbəti dəfə Şuşaya Siz getmək istərdinizmi” sualına belə cavab vermişdi: “Yox. Gedə bilmərəm, Şuşanı o vəziyyətdə görüb dözə bilmərəm.” Xalq şairı haqlı idi, onun nəcib ürəyi tab gətirməzdi. Amma İlham Əliyev hər şeyə dözüb. Bu vaxt ərzində, danışıqlar prosesində hansı mənəvi iztirabları, gərginlikləri yaşayıb, bir Allah bilir. Bir çox hallarda yaşadığ sıxıntıları xalqla, ən yaxın ətrafıyla bölüşmədən, paylaşmadan təkbaşına mübarizə aparıb. Hətta əli, vicdanı qanlı, uşaq qatili, varlığı kirli Sarkisyanla, Paşinyanla görüşəndə belə ən həssas duyğularını dilə gətirməyib, heç nəyi bürüzə verməyib. Dözüb və Azərbaycan uğrunda haqlı davasını sürdürüb).

Paşınyan sələfləri, eyni zamanda hazırkı rəqibləri kimi ermənidir. Hiyləgərliyi, riyakarlığı, özünü qoruma vərdişləri hələ ki, işləkdir. Amma Paşinyan əsgərləri döyüş meydanından qaçan erməni ordusunun ali baş komandanı deyil, əsiridir. Bir tərəfiylə Sorosa bitişik olan Paşinyan, o biri tərəfdən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyana bitişikdir.

Ter-Petrosyan “sonra gec olacaq” deyə ermənilərə xəbərdarlıq edir, sülhdən, kompromisdən danışırdı. Nəticədə ordu tərəfindən devrildi. Köçəryan 1999-cu ildə NATO-nun İstanbul Sammiti ərəfəsində kompromisə meylli idi. Ermənistan Milli Məclisinin sədri Karen Dəmirçyan günün günorta çağı, dünyanın gözü qarşısında, iclas salonundaca qətlə yetirildi. Bu, Köçəryana ciddi və sonuncu xəbərdarlıq idi. Ter-Petrosyandan sonra gələn hər iki prezident ordu rəhbəridir və hakimiyyətə ordunun dəstəyi ilə gəliblər. Elə Paşinyanın özü də ordunun xeyir-duası ilə hakimiyyətə çatıb. İndi Paşinyan çox gözəl başa düşür ki, sülh kəlməsini dilinə gətirsə, onun ətini şişə çəkəcəklər. Ən yaxşı halda isə müharibə partiyası onu devirəcək...

Paşinyan onu da dəqiq bilir ki, sülhə, kompromisə getməsə belə onun işi günbəgün, anbaan çətinləşir. Hakimiyyətə gələndən bəri heç bir problemi həll edə bilməyib. Əksinə, problemlər coxalır və onların həlli mövcud şərtlər daxilində mümkünsüzdür. Belə olduqda da ordu yaxın günlərdə, aylarda Paşinyandan hesabat tələb edəcək. Paşınyanın bir yolu qalır: Ermənistan ordusunu neytrallaşdırmaq. Paşınyannın baş nazir seçilməyindən keçən müddətdə nümayiş etdirdiyi davranış bir məqsədə xidmət edib - danışıqları pozmaq, Azərbaycanı müharibəyə təhrik etmək. Yoxsa, Azərbycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə, inauqurasiya mərasimi keçirməyə, qondarma “parlament”in Şuşaya köçürüləcəyini elan etməyə, azərbaycanlılar üçün müqəddəsləşmiş bir şəhərdə rəqs eləməyə, çaxır içib ağnayır kimi yerə sərilməyə özgə nə ad vermək olar?

Zənnimcə, Ermənistan ordusunu heydən salıb darmadağın etdirməyincə Paşinyan atəşkəs rejiminə qayıtmayacaq. Çünki onun alternativ seçimi qalmayıb. Bölgədə sülh və sabitlik üçün təhdid mənbəyi olan Ermənistan və erməni ordusu erməni baş nazirin özü üçün də başlıca təhlükə mənbəyidir. Hər halda, onun hərəkətləri belə, həm də ciddi təəssürat yaradır ki, Paşınyan erməni ordusunun diz çökdürülməsində hamıdan çox maraqlı və israrlıdır. Əgər Nikol Paşınyan erməniləri qırğına, ordunu güdaza verib təkcə öz dərisini və boğazını salamat saxlaya biləcəksə, bu, Azərbycan əsgərinin xilaskarlıq missiyasına zərrə qədər xələl gətirməz. Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda apardığı Azadlq savaşından bütün region qazanacaq, istisnasız olaraq hər bir kəsə bir azadlıq payı düşəçək.

Çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn erməni baş nazirin isə heç halal xoşu olmasın.

İt aparan olsun!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar