Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
“AzPolitika" Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
O, 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.

Xatırladaq ki, F.Əhmədov 9 aprel 1982-ci ildə Bakı, şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə–Profilaktika fakültəsində təhsil alıb. Urologiya sahəsində professional fəaliyyətini davam etdirərək, Türkiyədə doktorluq təhsili almış, pediatrik urologiya üzrə təlimlərdə iştirak edirb. Hazırda həm də ATU Urologiya kafedrasında dosent vəzifəsində çalışır,
“AzPolitika.info"

Şərhlər
Əli Əhmədov oğluna pullanmağa yer düzəldib.Guya əvvəl işsiz idi?
İnsan havayı pula,rüşvətə yönəldiləndə sonu faciə olur.Bunu Əli bəy bilmir?Əvvəlki işi ona maraqlı deyildi?