Menu

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Türkiyə mümkün olan hər şeyi edir" - Ərdoğan

23.10.2020, 18:38
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Türkiyə mümkün olan hər şeyi edir" - Ərdoğan

Türkiyə ümid edir ki, Rusiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində uğur əldə edə biləcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, iki ölkə artıq Suriya və Liviyada böhranın tənzimlənməsində uğur qazanıblar.

R.T.Ərdoğan əlavə edib ki, Ermənistan atəşkəs rejiminə əməl etmir:

“Humanitar atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan dəfələrlə Azərbaycan şəhərlərini atəşə tutub. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əlindən gələni etdiyi kimi, Türkiyə də bunun üçün mümkün olan hər şeyi edir”.

Şərhlər

Xalq 2020-10-23 20:20:41

ÇOX SAĞ OL MİLLƏTİMİZİN ƏZİZ QARDAŞI RƏCƏB TAYYİB ƏRDOĞAN! EŞQ OLSUN TÜRK MİLLƏTİNƏ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol