“Laçına nəzarətin itirilməsi İrəvanın məğlubiyyətində həlledici olacaq” - İqor Korotçenko

“Dağlıq Qarabağa gələn Ermənistan Müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarətinin qurulmasının qarşısını almaq üçün erməni qoşunları və könüllüləri tərəfindən aparılan hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürəcək”

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında məlumat verib. O bildirib ki, Laçının işğaldan azad edilməsi rəsmi İrəvanın məğlubiyyətində həlledici olacaq.

“Hazırda Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin İrəvandan Dağlıq Qarabağa səfərləri radio əlaqə olmadan, mobil telefonlar və rabitə söndürülmüş şəkildə həyata keçirilir. Bu, Azərbaycan tərəfinin radioelektron kəşfiyyat vasitəsilə onların Qarabağdakı yerini aşkarlamasına imkan verməməsi üçün edilir”, - deyə Korotçenko qeyd edib.

635x100

Şərhlər

Qarabag Azerbaycandir! 2020-10-23 23:13:20

Onsuz da sonunuz olumdu teslim olmasaz. Xosluqla verin torpaqlari bitsin. Onsuz Lacini almagimiza az qalib. Qubadli Zengilan sirada Lacindi. Artiq ovladimiza yayda Lacina Kelbecere istirahete gedeciyik deye vedler veririk. İnsallah o gunler uzaqda deyil.

OXUCU 2020-10-23 20:37:56

AY BƏDBƏXTLƏR SİZİ YERİN DEŞİYİNDƏN DƏ OLSA TAPACAĞIQ

Xalq 2020-10-23 20:37:45

tonoyanı ölüm gözləyir Laçında, gələcəksə görəcəyi də olacaq.

Son yazılar