Menu

Vaşinqtonda erməni təxribatının qarşısı alındı - FOTOLAR

23.10.2020, 22:00
Vaşinqtonda erməni təxribatının qarşısı alındı - FOTOLAR

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan Azərbaycan icmasının üzvləri Dövlət Departamenti binasının qarşısında erməni icmasının üzvləri ilə qarşı-qarşıya gəliblər.

“Report”un xarici müxbiri xəbər verir ki, aksiya Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayan zamanı qeydə alınıb.

Belə ki, erməni icmasının üzvləri Dövlət Departamentinin binasının önünə gələrək saxta iddialar səsləndirməyə çalışıblar.

Lakin həmvətənlərimiz onların yalan iddialarına faktlarla cavab veriblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində törədilən qanlı cinayətlərin fotoşəkillərini nümayiş etdiriblər.

Aksiyaya Vaşinqton polisi müdaxilə edib və xüsusi aqressiv davranışlar nümayiş etdirən bir neçə ermənini həbs edib.

Şərhlər

Xalq 2020-10-23 22:36:09

insanda bu qədər həyasızlıq olar? Gəncə qətliamının şəkillərini özlərinki kimi göstərmək istəyirlər alçaq ermənilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol