Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.
Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb.
Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Şərhlər
En boyuk sevincim insallah Lacin dehlizi Ve Lacin rayonunu alanda olacaq. Cox sebirsizlikle gozleyirem o xeberi. Menim 8-9 yasim olardi Feryad filmine ilk defe baxanda. Orda cox gozel aktyorlarimiz ermeni rolunu ele ifa etmisdiler ki onlara heqiqeten nifret edirdim. Ve o filimde Lacin alindi dehliz bizimdi dedikde ermeni qocasinin sevinci meni o qeder kederlendirmisdi ki. Hetta indi bele o sehne gozumun onundedi. Lacin alindigi zaman men de ele sevinecem insallah.