Menu

Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı

24.10.2020, 13:08
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 1,49 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 16 521 nəfər virusa yoluxub, 296 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 497 167 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 25 821 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 130 818 nəfər virusdan sağalıb, 340 528 nəfərin müalicəsi isə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol