Menu

Krımdakı həmvətənlərimizdən Orduya dəstək

26.10.2020, 11:59
Krımdakı həmvətənlərimizdən Orduya dəstək

Təkcə Azərbaycanda deyil, xaricdə yaşayan həmvətənlərimizin də Şanlı Ordumuza dəstəyi davam edir.

“AzPolitika.info” xəbər verir ki, Krımda yaşayan həmvətənlərimiz əsgərlərimizə dəstək üçün ərzaqdan tutmuş geyimə və digər zəruri ləvazimatlara qədər xeyli miqdarda yardım göndəriblər. Artıq həmin yardımın cəbhə bölgəsindəki hərbçilərimizə çatdırıldığı bildirilir.

Qeyd edək ki, bu aksiyanın təşkilində Krımdakı diaspora fəallarımızdan olan iş adamlarımızın böyük rolu olub. Bununla bərabər, yarımadada yaşayan digər həmvətənlərimiz də əllərindən gələn yardımı etməklə, öz dəstəklərini ifadə ediblər.

Krımdakı diaspora fəallarımız olan işa adamları bildiriblər ki, bundan sonra da ordumuza öz şərəfli missiyasını başa çatdırması üçün əllərindən gələn dəstəyi göstərəcəklər: “Təki Şuşa, Kəlbəcər başda olmaqla, işğaldakı bütün Vətən torpaqları, Qarabağımız azad edilsin vəəsgərlərimiz qələbə ilə evlərinə dönsünlər! Biz də bu qələbəni bütün xalqımızla birgə bayram edək!”.

Cəlal

AzPolitika.info   

Şərhlər

Xalq 2020-10-26 15:48:04

ÇOX SAĞ OLUN QARDAŞLAR.

t.ədalət 2020-10-26 12:18:47

Təkcə Krımda deyil,Rusiyada yaşayan həmvətənlərimiz də Prezident İlham Əliyevi dəstəkləyir və ordumuza yardım göstərmək istəyirlər.Lakin bu işə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu mane olur.Onları Vətənə gətirmək üçün təyyarə təşkil olunmur,qəbul edib görüşmək də istəmirlər....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol