Menu

Qığızıstanın keçmiş prezidenti aclıq elan edib

26.10.2020, 16:12
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında aclıq elan edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun vəkili bildirib.

Qeyd edək ki, A.Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol