Menu

Energetika Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26.10.2020, 16:51
Energetika Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Energetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

"Report" əldə etdiyi məlumata görə, bu vəzifə Cahid Mikayılova həvalə edilib.

Oktyabrın 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlamış C.Mikayılov indiyə qədər, ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) çalışıb. O, “Report”a açıqlamasında təyinatı ilə bağlı məlumatı təsdiq edib.

Xatırladaq ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva bu vaxta qədər həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi.

Şərhlər

Kələntər 2020-10-26 19:38:16

Anası erməni şöbə rəisi E.Həşimovu nə vaxt nazir müavini təyin edəcəksiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol