Menu

"İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq" – Zərif

27.10.2020, 18:32
"İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq" – Zərif

İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipi əsasında Qarabağ münaqişəsinin daimi həllinə dair planını Azərbaycan, Rusiya və Ermənistan tərəflərinə açıqlayacaq.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bununla əlaqədar İran Xarici İşlər nazirinin müavini Abbas İraqçı Bakıya, Moskvaya və İrəvana səfər edəcək.

Zərif əlavə edib ki, İran beynəlxalq sərhədlərin dəyişilməzliyi prinsipi əsasında bu münaqişənin sülh yolu ilə həllinə inanır.

İran Xarici İşlər naziri bu planın İranın yüksək səviyyəli rəsmiləri tərəfindən razılaşdırıldığını deyib.

Şərhlər

TARIX 2020-10-28 09:21:34

.ÖZÜNÜ MÜSƏLMAN ADLANDIRAN BU ÖLKƏ MƏSCİDLƏRİMİZDƏ DONUZ SAXLAYAN ERMƏNİYƏ HƏR TƏRƏFLİ KÖMƏYİNİ BU GÜN DƏ EDİR.30 İLDİR İŞĞAL EDİLMİŞ TORPAQLARDA ERMƏNİLƏR MEYDAN SULAYANDA QOŞUNLARINI SƏRHƏDƏ NİYƏ YIĞMIRDIN,İNDİ YIĞIRSAN.

Ümüdov İlqar 2020-10-27 23:54:00

Çox sağ olsun cənab prezidentimiz İlham Əliyev yaxşı siyasət yürüdür. Var olsun igid əsgərlərimiz.

Xalx 2020-10-27 22:59:37

Buna demək lazımdır ki, Qarabağ məsələsi kişi işidir “zərif” məxluqların işi deyil. siz Amerikadanqorunması planı haqda düşünün...

omar 2020-10-27 22:32:58

Azərbaycanın əsrlər boyu və indidə çəkdiyi bəlaların baiskarı,fars-erməni-rus üçlüyüdür.İlanın ağına da,qarasına da lənət.

Xalq 2020-10-27 19:57:04

1992-ci ildə də İran "cəhd elədi" sülh yolu ilə qurtarmağa əvəzində Şuşa getdi. Nə qədər calışırıq İranın bu "cəhdinin" nəticələrini düzəldə bilmirik. Yenə başlamısınız sülh "cəhdlərinə"?

ELÇİN 2020-10-27 19:33:40

GET İŞİNİN DALINCA

cenab Zərif ......... 2020-10-27 19:22:39

Shushada MESCHIDDE DONUZ SAXLAYAN ECLAF ermenilere HERTEREFLI YARDIMLAR ETDIYINIZI, Azerbaycanda HAMI BILIR, cenab Zərif.......

Eldar İsrafilov 2020-10-27 19:02:56

Allah (əyər inanirsınıssa) xatirinə bizdən əl çəkin.İndi 92-ci il deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol