Menu

“Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb” - Hikmət Hacıyev

27.10.2020, 18:59
“Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb” - Hikmət Hacıyev

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.

Şərhlər

Xalq 2020-10-27 19:14:12

sənin cəzanı karapet Azərbaycan Ordusu Laçını almaqla cavab verməlidir inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol