Menu

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

27.10.2020, 23:36
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər. Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.

“Haber Global”ın məlumatına görə,  Ərdoğanla Putin Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkənin hərbi, diplomatik və xüsusi xidmət orqanları arasında koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol