DÜŞMƏNİN QƏNİMƏT KİMİ GÖTÜRÜLƏN TANKLARI, HƏRBİ TEXNİKASI VƏ SİLAH-SURSATI - VİDEOLAR

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatlarına davam gətirməyən düşmən tanklarını və zirehli texnikalarını döyüş bölgəsində qoyaraq qaçır.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, əsgərlərimiz bu günlərdə düşmənin daha 8 tankını (T72) və 1 zirehli texnikasını (BMP) hərbi qənimət kimi götürüb.

Bu hərbi texnikalar Azərbaycan Ordusuna aid olan xüsusi rənglənmədən sonra düşmənin özünə qarşı istifadə ediləcək. Hətta tanklardan birinə Azərbaycanın Milli Qəhrəmanı olan Albert Aqarunovun adı belə verilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların videogörüntüsünü yayıb.

"AzPolitika" həmin görüntüləri təqdim edir.

635x100

Şərhlər

Boris Qodunov 2020-10-30 14:55:34

Onları sazlayıb Qarabağı da işğalçılardan tam təmizləmək və bir daha sazlayıb, Haystan sərhəddindən erməni bayraqları ilə İrəvana yeni sazışə yollar qorunmalıdır!

B.Qarabağlı 2020-10-30 14:48:09

Azərbaycanı viranə, milyonlarla ailəsini taran edən işğalçının qəniməti də başına dəysin!

Son yazılar