“Azərbaycanla sərhədə Rusiya sərhədçiləri yerləşdirilib” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə rusiyalı sərhədçilərin yerləşdirildiyini təsdiqləyib.

Paşinyan bu haqda İspaniyanın EFE agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində danışıb. Jurnalist ondan sosial mediada sərhədçilərin sərhəddəki görüntüləri haqda soruşub.

“Burda yeni bir şey yoxdur. Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədində keşik çəkirdilər… İndi son hadisələrlə əlaqədar onlar Ermənistanın cənub-şərq və cənub-qərb sərhədinə də yerləşdiriliblər. Birbaşa müdafiə ilə yanaşı bu, Azərbaycanın Naxçıvanla dəhliz açmaq niyyəti olarsa, qabaqlayıcı məqsəd da daşıyır,” – Paşinyan bildirib. (azadliq.org)

635x100

Şərhlər

t.ədalət 2020-10-29 20:10:36

ermənistanın sərhədləri qoruyan fitnəkar Rusiya,şübhəsiz Azərbaycanın dostu ola bilməz.Putinin dostları,ancaq anası və arvadı erməni olanlardır.Bu satqınlardan vaxtında qorunmaq lazımdır!

MRP 2020-10-29 14:48:07

Paşik şalvarına doldurub.

Son yazılar