Gürcüstanda koronavirusa yoluxnaların sayı 37 mini ötdü

Gürcüstanda son sutkada daha 1 696 nəfərə koronavirus diaqnozu qoyulub, 2 906 nəfər sağalaraq evə buraxılıb, 12 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 37 263-ə çatıb. Sağalanların sayı 19 810, vəfat edənlərin sayı isə 285 olub.

Karantin rejimində 3 070, stasionar nəzarətdə isə 4 200 nəfər saxlanılır. 2 324 asimptomatik xəstə xüsusi otellərdə müalicə alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar