"Rusiyalı sülhməramlıların yerləşdirilməsi Dağlıq Qarabağdakı münaqişənin optimal həlli ola bilər".
"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "Deyli Teleqraf" qəzetinə verdiyi müsahibəsində deyib.
"Mən Rusiya sülhməramlılarını münaqişə bölgəsinə gətirməyin tərəfdarıyam. Ancaq problem ondadır ki, münaqişə zonasında Rusiya Federasiyasından sülhməramlı qüvvələrin yerləşdirilməsi bütün münaqişə tərəfləri tərəfindən təsdiqlənməlidir"-deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, baş nazirin bu fikirləri Ermənistanın əvvəlki mövqeyindən geri çəkildiyini göstərir. Hərbi əməliyyatlardan əvvəl N. Paşinyan ümumiyyətlə münaqiəşənin həlli ilə bağlı uzun müddət müzakirə olunmuş həll variantlarından imtina edərək Qarabağdakı qondarma rejimin danışıqlar prosesinə cəlb olunmasını tələb edirdi.
Görünür, cəbhdə ağır məğlubiyyət baş nazirin mövqeyini xeyli yumşaldıb. Bundan əvvəl Ermənistan oktyabrın 9-da xaric işlər nazirlərinin Moskva görüşündə Qarabağ separatçılarının danışıqlarda iştirakı tələbindən imtina etməli olmuşdu.
Sülhməramlılar məsələsinə Azərbaycan da isti baxmır. Prezident İlham Əliyev bu barədə bildirib ki, sülhməramlılar ancaq prosesin yekun mərhələsində gündəmə gələ bilər. Bu da münaqişə tərəflərinin mövqeyindən asılıdır. Azərbaycan etiraz etdiyi halda heç bir ölkənin qoşunları regiona gələ bilməz.
Hazırda rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, işğalçı ordu tamamilə Azərbaycan torpaqlarını tərk etməlidir. Yalnız bundan sonra sülh danışıqları başlaya bilər. Azərbaycan Ordusu artıq işğalda olan 4 rayonun əsasən azad edib, digər ərazilərdəki erməni hərbi birləşmələrini ağır məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur edir.
Bu şəraitdə Azərbaycanın hərbi əməliyyatları dayandırıb hansısa sülhməramlı məsələsini müzakirə edəcəyi inandırıcı deyil. Düşmən ordusu Azərbaycan ərazilərindən tamamilə qovulduqdan sonra dövlət sərhədlərində Azərbaycan sərhədçiləri dayanacaq ki, bu da hansısa ölkənin qoşunlarının sülhməramlı adı ilə bölgəyə gətirilməsini istisna edir.
Elçin
AzPolitika.info


Şərhlər
Ermənistan Azərbaycanı, BMTni, siyasi dünyanı, Minsk qrupunu 27 il dolandırdıqdan sonra özünə modern yanaşma istəyir! NATO və Kreml müdafiə etsin, Azərbaycan ərazisini versin, Amerika maddi-siyası dəstək versin, Avropa mənəvi-hüquqi-siyasi mühafizədə saxlasın!
Paşinyan yox,Putim oradakı rus qoşunlarını rəsmiıəşdirmək istəyir
Rusu istemirik kimi getirir getirsin prezidentimizi rusu olmaz rus varsa turk de olsun yoxsa neytral norvec falan olsun
Tamamilə doğrudur! Azərbaycan sərhədlərini öz ordumuz qorumalıdır!