Menu

Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib

30.10.2020, 15:24
Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".

Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.

Şərhlər

Xalq 2020-10-30 15:47:45

araik arutunyanın başına 1000 dollar pul qoyun ermənilər onu bizə satsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol