Menu

ABŞ-ın OQMRLM-dən çıxması böyük səhvdir - Sabiq dövlət katibi Şults

02.11.2020, 00:08
ABŞ-ın OQMRLM-dən çıxması böyük səhvdir - Sabiq dövlət katibi Şults

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsindən (OQMRLM) çıxması böyük səhvdir. «The New York Times» qəzetinə verdiyi müsahibədə Cor Buş dövründə (1982-1989 illər) dövlət katibi postunu tutmuş Corc Şults bəyan edib.

«OQMRLM-dən çıxmaq böyük səhv oldu» - oktyabrın 31-də sözügedən qəzetdə dərc olnmuş məqalədə Şults təsdiqləyir.

«Biz, nəinki təkcə müqavilədən, həm də ona riayət olunması üzərində ciddi-cəhdlə işlənib hazırlanmış nəzarətdən məhrum olduq» - Şults qeyd edib.

Sabiq dövlət katibi təhsil, miqrasiya siyasəti, milli təhlükəsizlik, texnologiyalar və iqtisadiyyat sahələrində yetişmiş dəyişikliklərin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı oduğunu bildirib.

«İndiki yüzilliyin münasibətləri o qədər kədərli təsir bağışlayır ki, qarşıya qoyulmuş hər-hansı nailiyyətin əldə olunmasını mürəkkəbləşdirir» - deyə, o, Donald Tramp administrasiyasının mövqeyini tənqid edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol