Menu

Ermənilər Ağdamda məktəb və muzeyə top atıb - FOTOLAR

02.11.2020, 16:41
Ermənilər Ağdamda məktəb və muzeyə top atıb - FOTOLAR

Noyabrın 2-si səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini artilleriya atəşinə tutur.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin atdığı növbəti top mərmisi rayonun Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə və məktəbin muzeyinə düşüb.

Nəticədə məktəbə və muzeyə külli miqdarda ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol