Menu

Qarabağda mülki əhali qalmayıb - Ermənistana gedən ermənilər mehmanxana və pansionatlarda yerləşdirilir

02.11.2020, 18:26
Qarabağda  mülki əhali qalmayıb - Ermənistana gedən ermənilər mehmanxana və pansionatlarda yerləşdirilir

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindən gedən ermənilərin ehtiyaclarının ödənilməsi məqsədi ilə Ermənistanda qərargah yaradılacaq.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mğer Qriqroyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət həmin şəxslərin sosial ehtiyaclarının ödənilməsi ilə artıq 1,5 aydır məşğul olur.

Qriqroyan bildirib ki, Qarabağdan gedən ermənilər mehmanxana və pansionatlarda yerləşdiriləcək. Qərargah onların tələbatının ödənilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağın işğal altında olan bölgələrində mülki erməni əhaliyə atəş açıldığı barədə məlumat yayır. Ancaq qərargahın yaradılması bunun əksini ehtimal etməyə, yəni həmin bölgələrdə mülki əhalinin olmadığını deməyə əsas verir.

Şərhlər

Qarabağ Azərbaycandır 2020-11-03 12:51:31

azpolitika.info

Kolxozdar 2020-11-02 22:08:24

Bu da növbəti fint? Hotel kimə lazım? Ermənistan boşluqdur-azı 250 min qovulmuş azərbaycanlı ailələrinin təsərrüfat, ev və daşınmaz digər mülkləri, yüz min də oranı tərk etmiş erməni ailələrinin mülkləri on illərdir boş qalıb? İnsan gözləyirlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol