Menu

İzmirdə axtarış-xilasetmə işləri tamamlanıb

04.11.2020, 11:42
İzmirdə axtarış-xilasetmə işləri tamamlanıb

Dağıntı və itkilərə səbəb olan zəlzələnin baş verdiyi İzmir şəhərində axtarış-xilasetmə işləri tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd edək ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkan nəticəsində 112 nəfər ölüb, yaralanan 137 nəfərin isə müalicəsi davam edir.

Şərhlər

Xalq 2020-11-04 13:29:20

Həlak olanlara Allahdan rəhmət!, yaralananlara şəfa diləyirəm!.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol