Menu

Kubadan Bakıya daha 120 həkim gətirildi - COVİD-19 xəstələrini müalicə edəcəklər

06.11.2020, 19:36
Kubadan Bakıya daha 120 həkim gətirildi - COVİD-19 xəstələrini müalicə edəcəklər

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti briqada gətirilib.

"AzPolitika.info" "Amerikanın səsi" radiosuna istinadən xəbər verir ki, həkim briqadasının rəhbəri Dalsi Torres Avila Kubadan Azərbaycana ilk həkim briqadasının bu ilin iyul ayında gəldiyini xatırladıb.

“Həmin briqadada olan 115 həkim 1 nömrəli klinik xəstəxanada fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq,” - deyə, o qeyd edib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliynin (TƏBİB) şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəyini deyib.

Şərhlər

OQTAY 2020-11-06 19:42:00

Ela,insallah bu muharibedende saq-salamat qurtulariq.Allah milletimi qorusun.Ozumuzde,KOVID-de qarsi maska,temizlik,mesafeni emel etmeliyik!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol