Belarus prezidenti Aleksandr Lukaşenko Belarus Atom Elektrik Stansiyasının (BelAES) işə buraxılma mərasimində bəyan edib ki, bu hadisə ölkəni atom gücləri sırasına çıxarır.
«Hər şey elə işgüzardır ki, sanki metro tikmişik. Tarixi andır - ölkə nüvə gücü olur» - «BelTA» prezidentdən sitat gətirir.
Xatırladaq ki, “BelAES”-in birinci enerji bloku hələ noyabrın 3-də ölkənin birləşmiş enerji sisteminə qoşulub. Açılış mərasimində Belarusun rəsmi şəxslərindən başqa, «Rosatom»un Baş direktoru Aleksey Lixaçov və Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev də iştirak edib.
Belarus AES-i Qrodnı vilayətinin Ostrovetsk şəhərinin yaxınlığında «BBER-1200» Rusiya layihəsi əsasında tikir. Layihənin Baş podratçısı qismində Rusiyanın «ASE» qrupu çıxış edir.
AES-in tikintisinə 2011-ci ildə başlanıb. O zaman stansiyanın birinci növbə istehsal bazası işə salınıb - necə deyərlər, inzibati-məişət korpusu ilə birlikdə start meydançası. Birinci enerji blokunun işə buraxılması avqustun 20-də baş tutub. İkinci blokun istismara buraxılışının 2022-ci ildən tez baş tutmayacağı bildirilir.
AzPolitika.info


Şərhlər